NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Yəməndə doğuş zamanı hər iki saatda 6 körpə ölür - Dəhşət saçan statistika

Oxundu: 153
 Yəməndə  doğuş zamanı hər iki saatda  6 körpə ölür - Dəhşət saçan statistika

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu, (YUNİSEF) Yəməndə hamiləlik və ya doğuş zamanı hər iki saatda 1 ana və 6 körpənin öldüyünü açıqlayıb.

 

İslaminSesi "Haber7.com" a istinadən xəbər verir ki, Yəməndəki müharibə hamilə qadınların  və  körpələrin həyatına mənfi təsir göstərir.

 

UNİCEF-in məlumatına görə, ölkədəki müharibə, aclıq və səfalət əsasən hamilə qadınları və körpələri risk altına alıb. 

 

Bu səbəbdən də adıçəkilən ölkədə doğuş zamanı hər iki saat ərzində ana və 6 körpə dünyasını dəyişir. 

 

Yoxsulluq səsəbindən ev doğuşlarının sayının artması, səhiyyə mərkəzlərinin sadəcə 100/51 faizinin işləməsi, eləcə də tibb avadanlıqlarının çatışmaması faciələrin artmasına səbəb olur. 

 

Qeyd edək ki Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri, 2015-ci ilin mart ayından Yəməndə legitimliyi dəstəkləmək adı ilə , bu ölkəyə hava hücumları təşkil edir və nəticədə minlərlə insan qətlə yetirilir. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system