NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“WhatsApp” və “İnstagram”ın adları dəyişdiriləcək

Oxundu: 79
“WhatsApp” və “İnstagram”ın adları dəyişdiriləcək

“WhatsApp” və “İnstagram” tətbiqetmələrin adına “Facebook-dan” sözü əlavə ediləcək.

 

İslaminSesi RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.

 

Qeyd olunub ki, dəyişdirilən adlar Google Play Store və App Store mobil dükanlarında göstəriləcək. Bundan əlavə, yenilənmiş adlar bu iki tətbiqin içərisində də görünəcək.

 

Lakin mobil cihazların ekranlarında tətbiqlərin adları eyni qalacaq.

 

“Facebook” şirkətinin sözçüsü Berti Tomsonun sözlərinə görə, bu cür yeniliklər tətbiqetmələrin şirkətə mənsub olduğunu göstərəcək. 

 

Report

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system