NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Vəhhabilərin Nəcəfə hücumu - İmam Əli (ə)-ın məzarını dağıtmaq cəhdi

Oxundu: 345
Vəhhabilərin Nəcəfə hücumu -  İmam Əli (ə)-ın məzarını dağıtmaq cəhdi

Tarix boyu Vəhhabi düşüncəli insanlar təşkilatlanmış şəkildə dəfələrlə Nəcəf şəhərinə hücumlar təşkil edib, müqəddəs məkanları, xüsusən də İmamın (ə) pak məzarını dağıtmağa cəhd ediblər.

 

“İslaminSesi” xəbər verir ki, hicri tarixi ilə bu gün də (1225.h-1810) Vəhhabilərin Nəcəf şəhərinə hücum etdiyi günlərdən biridir.

 

Vəhhabilərin dəfələrlə Nəcəf şəhərinə hücum edib, İmam Əlinin (ə) pak məzarını dağınmağa cəhd etsələrdə buna nayil ola bilməyiblər. Onların bu kimi hücumları Əhli-Beyt (ə) sevərlərin canı və qanı hesabına geri oturdulub.

  

Nəcəf alimlərindən olan, “Məfatihul-kəramə” kitabının müəllifi  mərhum Amili Nəcəfinin yazdığına görə o, bu illər ərzində 3 dəfə ardıcıl hücumu xatırlayır. Bu hücumlar 1221-ci hicri (1806) ilinin səfr ayında, sonra 1222 –cilin cəmadius-sani ayında baş verib.

 

Üçüncü hücum isə 1225 ci ildə (1810) olub. O zaman Vəhhabilər İmam Hüseyn (ə) zəvvarlarına yolda hücum edib, insanları qətlə yetirmişdilər. Həmçinin Nəcəf istiqamətdə hücum edib şəhəri dağıtmaq istəyirlər lakin şəhərə girə bilmirlər. Yalnız kənardan etdikləri hücumlarla bir neçə insanı öldürə bilmişdilər.

 

Nəcd tarixçilərindən olan Əbu Bəşr bu hadisə barə yazır: Səud 1225-ci ildə (1810) Nəcd və ətraf ərazilərdən müsəlmanları (vəhhabiləri) başına toplayıb məlum istiqamətdə (Nəcəf) hərəkətə keçdi. O dəstəsi ilə şəhərə çatanda şəhəri xarabaya çevirib viran etmək əmri verdi. Lakin Səud və dəstəsi şəhərə yetişdikdə dərin xəndəklə qarşılaşdılar. Onlar xəndəki keçə bilmədikləri üçün yalnız oxlar atıb bir neçə nəfəri öldürə bildilər. Əhalinin müqaviməti ilə ilə qarşılaşan və itki verdiyini görən Səud ətraf əraziləri qərət etməklə kifayətlənin geri çəkilir.

 

Xatırladaq ki, XVIII əsrdə Səud sülaləsi Osmanlıya qarşı çıxaraq Nəcd bölgəsində Dəriyyə əmirliyini qurur. 1817-ci ildə Abdullah ibn Səudın rəhbərliyi ilə ər-Riyadı ələ keçirən Səud sülaləsi yeni bir dövlətin əsasını qoyurlar. Səudiyyə yeni bir dövlət olmaqla yanaşı, İslamda yeni formalaşan radikal bir düşüncənin təbliğatçısı və himayəçisi idi.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system