NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tonlarla Azərbaycan pomidorunun Rusiyadan qaytarılması ilə bağlı - AÇIQLAMA

Oxundu: 103
Tonlarla Azərbaycan pomidorunun Rusiyadan qaytarılması ilə bağlı - AÇIQLAMA

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Qaraçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycandan bu vilayətə gətirilmiş ümumi çəkisi 36,5 ton olan iki partiya faraş pomidorunun geri qaytarıldığına dair məlumat yayılıb.

İslaminSesi.info     bildirir  ki,   Oxu.Az  məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb.

 

Agentlikdən sorğumuza cavab olaraq bildiriblər ki, Azərbaycandan idxal edilən pomidor məhsulunun ölkəyə geri qaytarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb:

 

 

 məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanlayıb.

 

Agentlikdən sorğumuza cavab olaraq bildiriblər ki, Azərbaycandan idxal edilən pomidor məhsulunun ölkəyə geri qaytarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb:

 

“Hazırda Agentliyin əməkdaşları məsələni nəzarətə götürüb və həqiqətə uyğun olub-olmadığı tərəfimizdən araşdırılır. Fakt öz təsdiqini taparsa, Agentlik aidiyyəti tədbirlər görəcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

 

Xatırladaq ki, Azərbaycandan Rusiyaya göndərilən 36,5 ton pomidorun geri qaytarılmasına məhsula baxış keçirilən zaman pomidorların üzərində Cənubi Amerika tomat güvəsinin aşkar edilməsi səbəb olub. Bu məlumatın müxtəlif laborator ekspertizalarla təsdiqini tapdığı da məlumatda qeyd edilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system