NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Tez yatmağın ÇARƏSİ çox sadə imiş - Alimlər araşdırdı

Oxundu: 498
Tez yatmağın ÇARƏSİ çox sadə imiş - Alimlər araşdırdı

Böyük Britaniya və Avstraliya alimləri gec yatıb tez qalxan insanların bioritmini dəyişmək üçün məsləhətlər veriblər.

İslaminSesi-nin Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda Sleep Medicine bildirir.

 

Tədqiqatçılar gecə saat 2-dən sonra yatıb səhər saat 10 kimi oyanan 22 nəfərlə eksperiment keçiriblər.

 

Tədqiqat zamanı həmin adamlar adət etdikləri vaxtdan 2-3 saat tez oyanıb səhər yeməyi yeyiblər. İş günü olub-olmamasından asılı olmayaraq, nahar və şam yeməkləri ciddi rejimlə, eyni vaxtda yeyilib, özü də, gün ərzində yeyilən son yemək saat 7-dən gec olmamaq şərtilə.

 

Könüllülərin hamısı səhərlər zehni və fiziki fəallıqda müsbət dəyişikliyi hiss ediblər. Əmək məhsuldarlığının pik vaxtı axşam saatlarından günorta saatlarına keçib. Həmçinin, iştirakçılar stress və depressiyanın azaldığını da qeyd ediblər.

 

Araşdırmanın müəllifi Jliza Feyser-Çayldın sözlərinə əsasən, bu metod psixi sağlamlığı yaxşılaşdırır, gündüz saatlarında əmək məhsuldarlığını artırır, eləcə də yuxululuğu azaldır.

 

Tədqiqatda, həmçinin, qeyd olunur ki, rejimin mərhələli dəyişməsi xəstəlikləri azaldır və qəfil əhval-ruhiyyə dəyişikliyinin qarşısını alır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system