NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Taliban”la ABŞ arasında razılıq əldə olunub

Oxundu: 514
“Taliban”la ABŞ arasında razılıq əldə olunub

ABŞ öz hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı “Taliban” hərəkatı ilə razılığa gəlib.

 

"İslaminSesi" xəbər verir ki, “Report” xarici KİV-ə istinadən verdiyi məlumata görə hərəkatdakı adı çəkilməyən mənbənin dediyinə görə, Dohada keçirilən danışıqlarda ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasına dair bütün ziddiyyətlər və fikir ayrılıqları aradan qaldırılıb.

 

Bununla yanaşı, “Taliban” hərəkatı radikal dəstələrlə əlaqələrinə son verməyi də qəbul edib.

 

Danışıqlarda ABŞ-ın xüsusi elçisi Zalmai Xəlilzad “Twitter”də Dohada bir neçə günlük müzakirələr nəticəsində irəliləyişə nail olduqlarını yazıb.

 

“Taliban”la əldə etdikləri razılaşma üçün beynəlxalq konsensus zəmini hazırlamaq məqsədilə amerikalı diplomatın bu gün Dehliyə səfər edərək Hindistanın xarici işlər naziri, xarici işlər katibi və milli təhlükəsizlik müşaviri ilə görüşlər keçirməsi nəzərdə tutulur.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system