NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səudiyyə Ərəbistanının neft kəmərinə pilotsuz təyyarələr hücum etdi

Oxundu: 79
Səudiyyə Ərəbistanının neft kəmərinə pilotsuz təyyarələr hücum etdi

Səudiyyə Ərəbistanında "Şərq-Qərb" boru kəmərində iki nasos stansiyası xəsarət alıb.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda ölkənin energetika və mineral resurslar naziri Xalid əl-Fəttah bildirib.

 

Onun sözlərinə əsasən, hadisə bu gün, yerli vaxtla səhər saat 6:00-6:30 radələrində baş verib. Neft kəməri partlayıcı maddəli pilotsuz təyyarələrin hücümuna məruz qalıb. Nəticədə 8 nömrəli stansiyada yanğın baş verib. Yanğının söndürüldüyü bildirilir.

 

Qeyd olunur ki, adıçəkilən boru kəməri Şərq əyalətindəki yataqlardan qərb sahilindəki limana xammal çatdırır.

 

Xatırladaq ki, bazar günü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şimalında, Füceyra limanında azı yeddi neft tankerində partlayış olmuşdu.

   

Partlayışın kim tərəfindən törədildiyi məlum olmasa da, limanın üzərində səmada bir neçə Amerika və Fransa hərbi təyyarəsinin müşahidə olunduğu haqda bildirilir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system