NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səudiyyə-BƏƏ çəkişməsi - ABŞ Yaxın Şərqdə uğursuzluğa məhkumdur

Oxundu: 592
Səudiyyə-BƏƏ çəkişməsi - ABŞ Yaxın Şərqdə uğursuzluğa məhkumdur

Akif Heydərli: “Vaşinqtonun başlıca niyyəti İrana qarşı regional güc formalaşdırmaq və onu hərbi xarakterli “Ərəb NATO”-suna çevirməkdir”

Xəbər verildiyi kimi, artıq neçə gündür Ədən şəhərində küçə döyüşləri davam edir. Belə ki, Mənsur Hadini dəstəkləyən qüvvələrlə “əl-Hizam əl-Əmniyyə” (təhlükəsizlik kəməri) qüvvələri arasında atışmalar gedir. Bu qüvvələr hər ikisi Səudiyyə koalisiyasının himayəsi altında Husilərə qarşı döyüşüblər. BƏƏ-nin rəsmi olmasa da öz qüvvələrini Yəməndən çəkməsi xəbəri və İranla körfəzdə təhlükəsizlik haqqında razılığa gəlməsi Səudiyyə ilə arasında soyuqluq yaradıb.

 

Sözügedən toqquşmalar və onun səbəbləri haqda İslaminSesi-nə danışan AİP funksioneri, politoloq Akif Heydərli dedi ki, Amerika-İran münasibətlərinin əvvəlkindən artıq gərginləşməsi istər ərəb dünyasında, müsəlman aləmində, istərsə də yaxın Orta Şərqdə geosiyasi mənzərəni nəzərəçarpacaq dərəcədə dəyişməkdədir. Belə ki, Donald Trampın İranla “5-lik” arasında nüvə razılaşmasından birtərəfli şəkildə çıxması, İrana qarşı heç zaman olmayan sanksiyaların tətbiqi bəşəriyyətin gözünə haqq ilə batilin görünən nöqtəsinə çevrilməkdədir.

 

A.Heydərlinin sözlərinə görə, amerikalıların bu addımları atmaqda niyyəti bəlli olduqca özündə agahlıq tapan, xalqını və dövlətini ABŞ-ın hiyləgər və aldadıcı manevrlər edən toruna düşməmək, bu qitənin xidmətçisinə, həm də gələcəkdə böyük fəlakətlər vəd edən hədəfinə çevrilməməsini başa düşən ölkələr geri çəkilmək məqamını gecikmiş olsa da qiymətləndirir və haqqın yanında durmağı məqsədəuyğun hesab edir:

“Vaşinqtonun başlıca niyyəti İrana qarşı regional güc formalaşdırmaq və onu hərbi xarakterli “Ərəb NATO”-suna çevirməkdir. Amerika bu hərbi bloklaşmaya şübhəsiz ki, özünə yaxın olan ərəb ölkələrini cəlb etmək istəyir. Sözsüz ki, koalisiyanın başında Səudiyyə Ərəbistanı durmalıdır. ABŞ -ın çox asılı vəziyyətə saldığı ölkə də məhz Səud krallığıdır. Həmin krallıq ki, Vaşinqtonun bütün səylərinə, silahlandırmasına baxmayaraq azadlığı uğrunda ölüm-dirim savaşı aparan və bütün xarici müdaxilələri öz gücü ilə dəf edən Yəmən Hüsilərinin hədəfinə çevrilmişdir. Vaxtilə Səudiyyənin bombaladığı Yəmən indi krallığın başına bəla olub. Və artıq Husilər Səudiyyənin həlledici strateji nöqtələrini hədəfə alaraq məhv edir.

 

Rəsmi Vaşinqton silahlı qarşıdurmanı dayandırmağı tövsiyə etmək məcbiriyyətindədir. O da dünyaya bəllidir ki, ABŞ üçün iqtisadi maraqları olan bölgələrdə müharibə, hərbi qarşıdurma əlverişli deyil. Bunu biz ABŞ-ın Qarabağ probleminin həllində müharibə variantını qətiyyətlə rədd etməsində də görürük. Sözsüz ki, Səudiyyə Ərəbistanının düşdüyü vəziyyətdən nəticə çıxaran ərəb ölkələri davranışlarına korrektələr etməyə çalışır. Burada son dövrdə Türkiyə-ABŞ münasibətlərindəki gerçəkliklər nümunəsi də az rol oynamır. O cümlərdən Suriyanın Colan təpələrinin ABŞ tərəfindən İsrail torpaqları kimi tanınmasına İordaniyanın, Küveytin, Qətərin etirazları, BƏƏ-nin Yəməndən çəkilməsi və bunun fonunda Səudiyyə və BƏƏ-nin dəstəklədiyi qruplaşmaların toqquşmaları, digər tərəfdən ABŞ-ın nəzərə çarpan qeyri-sağlam niyyətlərindən Misirin xüsusən İrandan ehtiyatlanması, Qətərin və Küveytin İranla əlaqə yaratmaq istəkləri, nəhayət Birləşmiş Ərəb Əmirliyi rəsmilərinin İrana səfəri və Sahil Mühafizə Xəttinin təhlükəsizliyinin təmin olunması barədə müzakirələr aparması, ümumən İrana qarşı bu ölkədə yaranan fərqli münasibət onu göstərir ki, rəsmi Vaşinqtonun gördüyü əməllər müsəlman dünyasında məzhəb davası açmaqdan, “Ərəb NATO”-su yaratmaqla İslam aləmini parçalamaqdan, gücü və iradəsi çatmayan İrana qarşı ərəb ölkələri vasitəsilə təzyiqləri gücləndirməkdən başqa bir şey deyildir.

 

ABŞ bununla həm də ikinci və əsas niyyəti olan İsrail-ərəb dünyası ziddiyyətlərini unutdurmaq istəyindədir. Amma siyasi və diplomatik proseslərin gedişi və inkişafı onu göstərir ki, Amerika, bu ölkənin başında duran Tramp administrasiyası heç bir istəyinə nail ola bilməyəcək”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system