NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ramazan ayının 8-ci gününün duası və bu duadakı gizli məqamlar

Oxundu: 238
Ramazan ayının 8-ci gününün duası və bu duadakı gizli məqamlar

Bu ayı hər günün fəzilət dolu məxsusi münacatı vardır.

 

İslaminSesi.info – Ramazan ayı Allah Təalanın şərəf verdiyi, fəzilət baxımından üstün etdiyi bir aydır. Təbii ki, bu üstünlük nisbi anlayışdır. Əsl həqiqətdə qəsd edilən üstünlük odur ki, bu ayda rəbbimizin məxluqata xüsusi inayəti vardır. Bunu ramazan ayında oxunan dualarda da görmək olur. Rəbbimiz bərəkət və nur dolu Quranı bu ayda nazil edib.

 

Həmçinin bu ayda insanlar Allahın əmrini yerinə yetirmək niyyəti ilə oruc tutub, özlərini maddi nemətlərdən məhrum edirlər. Hədislərdə buyurulur ki, bu ayda oruc tutan şəxsin yuxusu ibadət, aldığı nəfəsi zikrdir. Bu da o deməkdir ki, insan tam ay boyu ibadət halındadır. Budur Allahın rəhməti!

 

Bu ayı hər günün fəzilət dolu məxsusi münacatı vardır.

اللهمّ ارْزُقنی فیهِ رحْمَةَ الأیتامِ وإطْعامِ الطّعامِ وإفْشاءِ السّلامِ وصُحْبَةِ الکِرامِ بِطَوْلِکَ یا ملجأ الآمِلین.

 

 

Oxunuşu:

Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin. 


Tərcüməsi:
İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı! 

 

Bu günün münacatında toxunulan həssas mətləblər:

 

1-İlahi, deyə çağırır. Allaha möhtaclığını etiraf edir. Onu təsdiq edir!

2- Yetimi düşünmək, ictimai münasibətləri bərpa etmək, yetimliyin və digər bəlaların hər kəs üçün qaçılmaz olduğunu anlamaq.

3- Mehribançılığın zərurətini önə çəkmək

4- Acları düşünə bilmək nemətinə sahib olmaq.

Ehtiyaclı insanlara yardım səyi

5- İnsanlarla xoş və ünsiyyətcil olmaq

6- Kəraməti anlamaq və bu şəxsləri tanımağa cəhd və bunun açarının yalnız Allahda olduğunu bilmək

7- Allahın Özünə and!

8- Arzu edənlərin, istəyənlərin üz tutacağı yalnız bir qapı var-Allahın rizası!

 

Yaşar Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system