NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ramazan ayını gecələri üçün tövsiyə olunmuş namaz - 10-cu gecə

Oxundu: 417
Ramazan ayını gecələri üçün tövsiyə olunmuş namaz - 10-cu gecə

Hədis və mötəbər mənbələrdə bu mübarək ayın hər gecəsi üçün namaz tövsiyə edilmişdir

 

"İslaminSesi" -  Bu ay Quran ayıdır. Yəni ba ay Quranın yer üzərinə nazıl olduğu aydır. Həm də bu ay insanları Quran vasitəsi ilə ilahi dərgaha ucaldan bir aydır.

 

Bu ayın gecəsi də, gündüzü də fəzilətlidir. Hədis və mötəbər mənbələrdə bu ayın hər gecəsi üçün xüsusi namaz tövsiyə edilib.

 

 

Ramazan ayı boyu hər gecə qılınması tövsiyə olunan namaz: 2 rəkətdir

Hər rəkətdə 1 Fatihə, 3 dəfə İxlas surəsi. (Məfatihul-cinan)

 

10-cu gecə üçün tövsiyə olunmuş namaz - 20 rəkətdir.

Hər rəkətdə “Fatihə” surəsindən sonra 30 dəfə “İxlas” surəsi oxunur.

 

QEYD edək ki, bu kimi müstəhəb namazlar 2 rəkət-2 rəkət qılınır. Məsələn 20 rəkət deyildikdə 10 ədəd 2 rəkətli namaz nəzərdə tutulur.

 

Xatırladaq ki, hicri təqvimi ilə yeni gün məğrib azanı ilə başlayır. Yəni 9-cü gün şam azanı verilməklə həmin gün bitir və 10-cu günün gecəsi başlayır. Gecə gündüzdən əvvəldə gəlir. Məğrib azanı verilməklə gün bitir və yeni gün başlayır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system