NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qurban bayramı və günün bərəkət dolu əməlləri

Oxundu: 149
Qurban bayramı və günün bərəkət dolu əməlləri

İslami bayramlar qeyri bayramlardan fərqli olaraq ilahi rəhmət, ilahi hikmət dolu bir gündür.

 

İslaminSesi.info - Qurban bayramı İslam dininin böyük bayramlarından biridir. Bu gün bərəkətili bir gündür. Ümumiyyətlə İslamda bayram anlayışı digər qeyri dini bayramlardan fəqrlidir. İslamda olan bayramlar Mütəal Allahın rizası və hikməti üzrədir. Diqqət etsək görərik ki, islami bayramların demək olar ki, hamısının məxsusi əməlləri, zikirləri vardır. Bu o deməkdir ki, İslamda bayram anlayışı bəndənin rəbbi ilə yaxınlıq mənasındadır. Daha qeyri islamı bayramlar kimi çalıb oynamaq hədəflərini daşımır.

Neçə ki Həzrəti Əli (ə) buyurub : “İnsan üçün bayram onun günah etmədiyi gündür”. Bu bir daha onu gostərir ki, islami bayramlar digərlərindən fərqli mənadadır və İslamda bayram anlayışı bəndənın Allaha yaxınlaşması, Onun rizasını qazanması və ilahi rəhmətlə dolu bir gün mənasındadır.

Bu günün də digər bayram günlərində olduğu kimi tövsiyə olunmuş əməlləri vardır:

1-Qüsul etmək. Hətta təkidlə tövsiyyə olunub.

2-Bayram namazında iştirak etmək. Birlik və əzəmət baxımından çox təkid olunmuş müstəhəb əməldir.

3-Bayram namazından əvvəl və sonra dualar oxumaq. Xüsusən də Səhifeyi Səccadiyədən 48-ci münacatı 
oxumaq.

4-Nüdbə duasını oxumaq.

5-Qurban kəsmək. Bu əməl həccdə olanlara vacib. Digərləri üçün isə, təkidli müstəhəbdir. Müstəhəbdir ki, qurban əti ehsan olaraq paylanılsın. Elə qurbanlığın əsl hədəflərindən biri də budur. Rəvayətdə var ki, İmam Baqir (ə) və İmam Səccad (ə) qurban ətini 3 yerə bölər, bir qismini qonşulara, bir qismini digər ehtiyaclılara, bir qismini isə ailəsi üçün ayirardılar.

6-Gündəlik vacibi namazlardan sonra təkbirlər demək. Qurban gününün Zöhr namazından zil-hiccənin 12-ci günün Sübh namazına qədər (sübh daxil) (Cəmi 10 namaz edir) olan namazlardan dərhal sonra bu təkbirlər deyilir:


اَللهُ اَكْبَرُ اَللهُ اَكْبَرُ، لا اِلـهَ اِلاَّ اللهُ وَ اللهُ اَكْبَر اَللهُ اَكْبَرُ، و للهِ الْحَمْدُ اَللهُ اَكْبَرُ عَلی ما هَدانا ااَللهُ اَكْبَرُ عَلی ما رَزَقَنا مِنْ بَهیمَةِ الانعامِ وَ الْحَمْدُ لِلّهِ عَلی ما أبْلانا


Allahu Əkbər. Allahu Əkbər.La ilahə illəllahu Vallau Əkbər.Allahu Əkbər. Və Lillahil həmd. Allahu Əkbər alə mə hədana. Allahu Əkbər alə ma rəzaqna min bəhimətil-ənam. Vəl Həmdu Lillahi alə mə əbləna.

7-İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system