NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Qədr gecəsinin əməlləri - İlin ən üstün gecəsi

Oxundu: 5731
Qədr gecəsinin əməlləri - İlin ən üstün gecəsi

Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir.(Qədr-3)

 

Qurani Kərimin də aşkar şəkildə bəyan etdiyi kimi "Qədr" gecəsi fəzilət baxımından min aydan üstündür, bu gücə Quranın Allah dərgahından nazil olduğu gecədir. Bunun üçün də hədislər və mötəbər mənbələrdə bu gecəni sübhə qədər oyaq qalmaq, zikr və ibadətlə məşğul olmaq tövsiyə olunur. 

 

 

Qədr gecəsinin hansı gecədə olduğu haqqında tam məlumat yoxdur. Bunu bilmək Allahın xalis bəndələrinə nəsib olur. Amma hədislərdə bu gecənin qeyd olunan üc gecədən birinə: 18-19, 20-21, 22-23-ə keçən gecələrin birinə təsadüf etdiyi bildirilir.

 

Qədr gecələrini oyaq qalmaq, zikr və ibadətlə məşğul olmaq tövsiyə olunur. "İslaminSesi" qərd gecəsinin müstəhəb əməllərini təqdim edir:

 

 

1. Qüsl etmək. Alimlər qeyd edir ki, bu qüslu günəş batan çağı alıb, onunla axşam namazının qılınması müstəhəbdir.

2. Ehya saxlamaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: "İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram".

3. Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir.

Yəni: "Ey Allahım,  bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm".

4. Qədr gecəsinin namazı. Bu gecənin namazı İki rükətdən ibarətdir. Hər rükətdə Həmd surəsindən sonra yeddi dəfə İxlas surəsini oxumaq və namazdan sonra səcdəyə gedib yetmiş dəfə: "Əstəğfirullahə və ətubu iləyh" demək lazımdır. İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə "Əstəğfirullahə və ətubu iləyh" deyərsə, səcdədən qalxmamış Allah onun ata-anasının günahlarını bağışlayar."

5. Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and verməklə Allahdan günahların bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: "Ey Allahım, sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam." Həzrət Peyğəmbər(s) buyurur: "Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər". (Yəni hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhnnəmə vasil olar.)

 

Quranı başa qoyub Allaha və 14 məsuma and verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm".

 

Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:

 

Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:

"Alllahummə inni əs'əlukə bi-kitabik'əl-munzəl. Və ma fihi, və fihi ismukəl-əkbər, və əsmaukəl-husna, və ma yuxafu və yurca, ən təc'ələni min utəqaikə minən-nar." Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink."

 

Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə demək:

 

On dəfə "Bikə ya Allah" .

On dəfə "Bi-Muhammədin (s)" .

On dəfə "Bi-Əliyyin (ə)"

On dəfə "Bi-Fatimətə (s.ə)" .

On dəfə "Bil-Həsəni (ə)" .

On dəfə "Bil-Huseyni (ə)" .

On dəfə "Bi-Əliyyibnil-Huseyn" .

On dəfə "Bi-Muhəmməd ibni Əliyyin" .

On dəfə "Bi-Cəfər ibni Muhəmməd" .

On dəfə "Bi Musa ibni Cəfər" .

On dəfə "Bi-Əliyyibni Musa" .

On dəfə "Bi-Muhamməd ibni Əliyyin" .

On dəfə "Bi-Əliyyibni Muhəmməd" .

On dəfə "Bil-Həsən ibni Əliyyin" .

On dəfə "Bil-Huccəti".

 

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar  qurtadqıdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.

6- Bu gecənin bir əməli də İmam Əli (ə) İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.

7- Bu üç gecədə ehya tutmaq (bu gecələri yatmadan səhərləmək) də müstəhəbdir. Bir hədisi şərifdə belə keçər: "Qədr Gecəsini ehya tutan kimsənin günahlarını, Allah bağışlayar/hədiyyələr."

8- Hər üç gecədə də yüz rükət namaz qılmağın çox fəziləti var.(kimin boynunda qəza namazı varsa, 6-günlük qəza namazıda qıla bilər)

9-Cövşən-Kəbir duasını oxumaq

10-Peyğəmbər (s) və onun əhlibeytinə salavat göndərmək.

11- Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh" demək və tövbə etmək. Bu əməlin mənasaı belədir: İnsan keçmişdə etdiyi günahlardan peşmanolub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir.Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəm".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system