NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ötən ay nikaha daxil olmaq istəyən 12 nəfərdə QİÇS aşkarlanıb

Oxundu: 132
Ötən ay nikaha daxil olmaq istəyən 12 nəfərdə QİÇS aşkarlanıb

İyun ayında nikaha daxil olmaq üçün 13063 nəfər müayinədən keçib.

Bunu  Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

 

O bildirib ki, müayinədən keçənlər arasında 213 nəfərdə talassemiya daşıyıcılığı, 12  nəfərdə sifilis, 12 nəfərdə QİÇS xəstəliyi aşkar olunub: “Müayinələr nəticəsində hər ikisində talassemiya daşıyıcılığı olan iki cütlük aşkarlanıb”.

 

Z.Əlirmirzəyeva qeyd edib ki, 2015-ci ildən bu günə qədər nikaha daxil olmaq istəyən 568163 nəfər müayinədən keçib: "Müayinələrdən keçən 198048 nəfərdə talassemiya daşıyıcılığı, 1801 nəfərdə sifilis, 512 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan 212 cütlük müəyyən olunub. Amma bu  212 ailədə talassemiyalı uşaqlar doğulmur. Hamiləliyin 12-18 həftəliyində dölün molekulyar-genetik müayinəsi aparılır. Əgər xəstəlik aşkarlanarsa, uşaq tibbi abort yolu ilə götürülür. Yəni, bu ailələrdə xəstə uşaq doğulma riski yoxdur”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system