NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Oğlum ona qoyulan ada uyğun yaşadı və şəhid oldu”

Oxundu: 3820
“Oğlum ona qoyulan ada uyğun yaşadı və şəhid oldu”

Şəhid atası Gülağa İmanov: “Adını Samit qoymuşdum. Elə Samit kimi də yaşadı. Düşmənin qarşısında Samit kimi mərd durdu və öz adına layiq oldu”

“Torpaq uğrunda ölən varsa Vətəndir!” - deyib böyüklərimiz. Əslində vətən anlayışının mövcudluğu məhz böyüklərimizin dediyi kimi onun uğrunda canını fəda etmiş mərd və fədakar övladlarına görədir. Bu günə qədər xalqımızın çox saylı mərd oğulları da Allahın bu sünnətinə əməl edərək Azərbaycan adlı bir məmləkətin və vətənin mövcudluğuna səbəb olublar. Həmin fədakar şəhidlərdən biri də aprel ayının əvvəlində cəbhə bölgəsində başlayan müharibə zamanı qəhrəmancasına şəhid olan neftçalalı zabit - bu günlərdə Milli Qəhrəman statusu alan mayor Samit İmanov idi.

 

 

 

 

Bizlər də öz növbəmizdə İslaminSesi olaraq şəhidlərimizlə bağlı müəyyən vaxtdan həyata keçirdiyimiz “Şəhid haqqı” layihəmizin növbəti dayanacağını məhz şəhid, milli qəhrəman Samit İmanovun böyüyüb boya-başa çatdığı Neftçala rayonuna saldıq. Şəhidimizin dəfnindən xeyli bir zaman keçsə də, onu sevənlər və dostları hər gün evlərinə gedib gəlirlər. Olduqca mehr-məhəbbətli, qonaqpərvər və fədakar ailənin və dostlarının qonaqlarına göstərdikləri münasibət insanı duyğulandırmaya bilməzdi. Əslində belə bir fədakarlıq nümunəsi təəccüb də doğurmadı. Çünki şəhidlərin böyükdükləri ailə, kənd el-oba mütləq formada belə olmalıdır ki, oradan məhz şəhid Samit kimi dəyərli insanlar yetişsin. 

 

Bizləri ilk olaraq qapıda şəhidin atası Gülağa İmanov qarşıladı. Dəyərli övladının itkisindən qısa zaman ərzində ciddi təsirləndiyi hiss edilsə də, övladının belə bir uca məqama yetişməsindən aldığı daxili  zənginlik və qürur açıq-aşkar formada hiss edilirdi. Elə ilk olaraq da  söhbətə şəhid atası özü başladı.   

 

 

 

 

“Adını Samit qoymuşdum. Elə Samit kimi də yaşadı.  Düşmənin qarşısında Samit kimi mərd durdu və öz adına layiq oldu. Samit sözünün mənası geri çəkilməyən, sabitqədəm deməkdir” – sözləri ilə başladı Gülağa İmanov.

 

 

“2003-cü ildə Ali Hərbi məktəbi bitirdikdən sonra xüsusi təyinatlı kimi işləməyə başladı. Sizi inandırım ki, onun xidməti dövründə mükafat olaraq qazandığı medalları indi görürəm. Samit onların heç birini bizə deməyib. O, təhlükəli əməliyyatlar haqqında heç vaxt danışmazdı.”

 

 

Sonuncu dəfə nə vaxt görmüşdüz Samiti?

 

“Sonuncu dəfə Masazırda gördüm. Uşağının 40 günlüyü idi. Ata idim maraqlanırdım, ele hey deyərdi ki, məndən narahat olma. Hər şey yaxşı olacaq.”

 

Şəhid İmanovun məktəb illərində vaxtı hərbi müəllimi olmuş Elnur Hüseynov isə Samiti vətənpərvər, çalışqan bir şəxs kimi xatırlayır.   

 

 

“Onun haqqında müəllim kimi bunu deyə bilərəm ki, çox tərbiyəli, dərslərini oxuyan ciddi bir bir şagird olub. Sonra bildim ki, xüsusi təyinatlıda xidmətə başlayıb. Əslində hərbidə əldə edəcəyi nailiyyətləri qabaqcadan gözlənilən idi və baş verənlərin heç biri sürpriz deyildi. Samit yüksək qabiliyyəti və nizam-intizamı uşaqlıqdan onda müşahidə edilirdi. Həyatı kimi ölümü də şərəf və ləyaqətli oldu.”

 

Bundan sonra şəhid atası Gülağa İmanov bizləri evlərinin ən əziz yerində  şəhid övladları üçün düzəltdikləri güşəyə dəvət elədi. Şəhid güşəsində Samit İmanovun hərbidə olduğu və fəaliyyət göstərdiyi dövrdə əldə etdiyi uğurlara görə aldığı mükafatlar və xatirə şəkilləri var idi.

 

“İslaminSesi”nin obyektivinin lentə aldığı həmin görüntüləri sizlərə təqdim edirik.

 

"Şəhid haqqı" layihəmizin digər yazılarına da sizlərə təqdim edirik. 

 

Ən böyük arzusu Mübariz İbrahimov kimi olmaq istəyən gizir şəhidimiz - Reportaj

 

1300 xocalılını xilas edən şəhidin ailəsi ilə bir gün

 

Xəyal Şükür

Foto: İlkin Əzimov

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


neftcalali.
14.10.2016 18:20:37
samit imanovun hemyerlisi olduqum ucun fexr edirem.

DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system