NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Nazir müavini: “Orta məktəblərdə baş verən intihar hadisələrinin səbəblərindən biri ailədaxili münaqişələrdir”

Oxundu: 59
Nazir müavini: “Orta məktəblərdə baş verən intihar hadisələrinin səbəblərindən biri ailədaxili münaqişələrdir”

“Son zamanlar orta məkəblərdə şagirdlərin intihara əl atmasının səbəbləri çoxdur.

Bu səbəblərdən biri də ailədaxili mühitdir, münaqişələrdir. Bu mühit bəzi hallarda uşaqların psixikasını pozur. Belə olan zaman həkimlər işə qarışmalıdır”.

 

İslaminSesi.info  xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov “Beynəlxalq Ailə günü”nə həsr edilən “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

 

Nazir müavininin sözlərinə görə, bəzən sarsıntılara məruz qalan məktəblilələrə müəllimlər tərəfindən yaxşı münasibət göstərilmir: “Bəzi hallarda müəllimlər şagirdlərə normal yanaşmır və şagirdlər də intihara cəhd edirlər. Təhsil Nazirliyini bu məsələlərə çox həssas yanaşır. Biz bununla bağlı tədbirlər planı hazırlayırıq. Məktəblərdə mühitin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında xüsusi planlar nəzərdə tutulub”.Report

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system