NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Müsəlman” pərdəsi altında erməni xisləti – Onları buna vadar edən hansı səbəblərdir?

Oxundu: 883
“Müsəlman” pərdəsi altında erməni xisləti – Onları buna vadar edən hansı səbəblərdir?

İlkin İzzət: “Ermənilərin İslam dinini qəbul etməsinin arxasında müəyyən istisnalar olmaqla, əksər hallarda erməniçiliyə xidmət dayanır”

 

Xəbər verildiyi kimi, ermənilərin bəzi bölgələrdə İslam dinini kütləvi şəkildə qəbul etmələri haqda xəbərlərin yayılması  Ermənistan Milli Təhlükəsizlik Xidmətini hərəkətə keçirib. Belə ki, Rusiyanın cənubunda, xüsusilə də Stavropol diyarında bəzi Ermənistan vətəndaşlarının müsəlman kimi qeydə alınması haqqında məlumat yayılıb.  İslamı qəbul edənlərin  sözlərinə görə, ermənilər özləri kilsələrini millətçiliyin əlavəsi kimi qəbul edirlər və bunun da nəticəsi olaraq Eçmiədzinin avtoriteti fəlakətli formada aşağı düşüb.

 

Maraqlıdır, Rusiyanın bəzi vilayətlərində bir sıra Ermənistan vətəndaşlarının İslam dinini qəbul etməsinin gerçək səbəbini necə izah etmək olar? Görəsən bu, ermənilərin növbəti hiyləsi deyil ki?

 

"İslamınSesi"-nin sualını cavablandıran politoloq-jurnalist İlkin İzzət dedi ki, Ermənistanda, xüsusilə Rusiya və Ukraynada müsəlman ermənilər məsələsinə birmənalı cavab vermək olmaz: "Təbii ki, İslam mütərəqqiliyi ilə elə bir  dindir ki, dünyada etnik mənsubiyyətindən asılı olmayaraq insanların onu qəbul edərək müsəlman olmasında qeyri-adi heç nə yoxdur. O cümlədən də ermənilərin. Lakin müsəlman ermənilər məsələsi tam fərqli mövzudur. Ermənistanda bu mövzu ümumiyyətlə tabu hesab edilir. Çünki siyasiləşmiş erməni kilsəsindən uzaqlaşaraq başqa dini qəbul etmək xəyanət hesab olunur. Ərəblərin 7-ci əsrdən etibarən İslamı regionda yayması zamanı ermənilərin bəziləri məcburən müsəlmanlığı qəbul edib. Hazırda onların daha çox hissəsi Türkiyədə yaşayır. Ermənistanda erməni millətindən olan müsəlmanların sayı barmaqla sayılacaq qədərdir. Hazırda müsəlman Ermənistan vətəndaşlarının əksəriyyəti kürdlərdir. Müxtəlif mənbələrə əsasən onların sayı ən azı 2 min nəfərdir, amma böyük ehtimalla bu rəqəm daha yüksəkdir. Son zamanlar Ermənistanda müsəlmanların sayının artması səbəblərindən biri də bəzi müsəlman ölkələrindən ora gələn kişilərdir. Belə ki, həmin kişilər erməni qadınlarına aşiq olub onlara evlilik təklif edirlər. Sosial vəziyyəti ağır olan bəzi erməni qadınlar isə bunu xilas yolu bilib razılıq verir və İslam dinini qəbul edirlər. Rusiyanın Stavropol diyarındakı erməni icması Krasnodar diyarından sonra ən böyüyüdür. Bu iki diyarda ermənilərin sayı yüzminlərlə ölçülür və demək olar ki, onlar üçün ikinci Ermənistana çevrilib. Onlar bu ərazilərdə böyük biznes rıçaqlarına malikdirlər. Lakin burda da əli ətəyindən uzun qalmış ermənilər az deyil və kim bir tikə çörək versə, onun dalınca gedirlər. Özünü indi musəlman adlandıran ermənilərin bir qismi də bu qəbildəndir. Məsələ ondadır ki, Şimali Qafqazda bizim, vəhabilər kimi tanıdığımız sələfilik getdikcə böyük vüsət alır. Onların öz sıralarını genişləndirmək üçün müxtəlif maddi həvəsləndirmə metodlarından istifadə etdiləri də heç kimə sirr deyil. Ona görə ermənilərin də bu cür "ehsan"dan bəhrələnməsi adiləşir. Eyni sözləri Ukraynadakı müsəlman, daha doğrusu, sələfi ermənilər haqqında da demək olar. Lakin məsələ ondadır ki, bu ermənilərin bir qismi daha sonra transmilli terror təşkilatlarının, o cümlədən "İŞİD" qruplaşmasının sıralarına qatılır. Artıq faktdır ki, Suriyada gedən məlum döyüşlər zamanı terrorçuluq fəaliyyəti ilə xeyli "müsəlman" erməni məhv edilib".

 

Politoloq bu məsələdə başqa səbəblərin də olduğunu vurğuladı. Və dedi ki, ermənilərin İslamı qəbul etməsinin digər bir səbəbi isə dözülməz sosial vəziyyətdən qurtulmaq üçün Qərbə miqrasiya etməkdir. Belə ki, İslamı qəbul edən ermənilərin Ermənistanda təqib olunduğu ilə bağlı informativ fon yaradılır. Bu isə sonradan onların guya əqidəsinə görə təqib olunduğu üçün qaçqın statusu almasına kömək edir: “Yəni ermənilərin İslamı qəbul etməsinin arxasında müəyyən istisnalar olmaqla, əksər hallarda erməni xisləti və erməniçiliyə xidmət dayanır. Azərbaycanın görkəmli elm xadimi, AMEA İnsan Hüquqları İnstitutunun keçmiş direktoru, siyasi elmlər doktoru, professor, rəhmətlik Rövşən Mustafayev deyirdi ki, erməni adlı millət yoxdur, erməni adlı təşkilat var. Onların heç bir işi elə-belə olmur. Mənim fikrimcə, bu təşkilat elə qurulub ki, bütün ermənilər erməniçiliyə xidmət etməlidir. Diri ikən bunu etmək istəməyənlər ölüsü ilə etməli olurlar..."

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system