NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Müqəddəs məkanların ehtiramı qorunmalıdır” – Ehtiramsizlığa etiraz olundu

Oxundu: 396
“Müqəddəs məkanların ehtiramı qorunmalıdır” – Ehtiramsizlığa etiraz olundu

Müqəddəs Kərbəla şəhərində Qərbi Asiya Çempionatının açılış mərasimində skripkalı bir qadının ortaya çıxması etirazlara səbəb olub.

 

“İslaminSesi” xəbər verir ki, bu ilin iyul ayının 31-də Kərbəla şəhərində Qərbi Asiya Çempionatının açılış mərasimi keçirilib. Mərasim zamanı sahəyə əlində skripka olan ifaçı qadın və rəqs edən bir neçə qadın daxil olub.

 

Qadınların bu vəziyyətdə sahəyə daxil olması ruhanilərinə və bir çox siyasətçilərin etirazına səbəb olub və onlar Kərbəlanın etiramının qorunmasının vacibliyini tələb ediblər.

 

Etiraz səsini ucaldan şəxslərdən biri də “Asaib Əhli-Haqq Hərəkatı”nın baş katibi Şeyx Qais əl-Xazalidir.

 

Əl-Xazali “twitter” səhifəsində fikirlərini belə ifadə edib:

Dünyada hər məkanın özünəməxsus xüsusiyyətləri var. Kərbəlanın xüsusiyyəti budur ki, bu şəhər Hüseynin (ə), qardaşı Abbasın (salam olsun) və onunla birlikdə şəhid olanların cəsədlərini saxlayır. Bunlar da bu şəhərin müqəddəsliyini saxlayır.”

 

O, “ Kərbəlanın ehtiramını İmam Hüseynə (ə) olan ehtiramdır və yaxud əkisnə... İfadə azadlığını iddia edənlər digərlərinin də fikrinə ehtiram etməlidir... Onlar hamısı Hüseyni sevənlərdir” deyə etirazını bildirib.

 

Açılış mərasimindən:

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system