NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

MMİH İB-nin fəal üzvləri kiçik vətəndaşlarımızı sevindirdi - "Biz sizi sevirik" /FOTO/

Oxundu: 293
MMİH İB-nin fəal üzvləri kiçik vətəndaşlarımızı sevindirdi -

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü MMİH İB-inin (Milli Mənəvi İnkişaf və Həmrəylik İctimai Birliyi) Gənclər Komitəsinin fəal üzvləri körpə vətəndaşlarımızı sevindirdilər.

 

"IslaminSesi" xəbər verir ki, 1 iyun1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da da qeyd edilir.

 

MMİH İB-inin (Milli Mənəvi İnkişaf və Həmrəylik İctimai Birliyi) Gənclər Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə "Biz sizi sevirik" devzi altında bu gün paytaxtın bir neçə parkında uşaqlara oyuncaqlar və şarlar hədiyyə edilib. Uşaqlar isə öz bacarıq və istedadlarını göstərməyi unutmayıblar.

 

MMİH İB-nin bütün uzvləri bu gün münasibəti ilə bütün uşaqları təbrik edir, böyükləri isə uşaqları yalnız 1 iyunda deyil hər an, hər zaman müdafə etməyə çağırır. Uşaqları elimli, əxlaqlı böyütmək və onların laiqli kamil insan kimi böyüdülməsinə çalışmağı tövsiyyə edir.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system