NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Lələ-Təpə yüksəkliyinə Azərbaycan bayrağını sancan qəhrəman şəhid

Oxundu: 3291
"

Nurlan Bayram oğlu Əsgərli 1995-ci ilin 3 dekabr günündə Masallı rayonunun Kalinovka kəndində anadan olub

İslaminSesi.info - Azərbaycan Silahlı Qüvvələrinin giziri olmuş Nurlan Əsgərli və döyüş yoldaşlarının 2016-cı il aprel döyüşləri zamanı Lələ-Təpə yüksəkliyinin alınmasında çox böyük zəhmətləri olmuşdur. O, aprel ayının 4-də baş tutan döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinı yüksəlmişdir. Şəhidliyindən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir.

 

Şəhid atası Bayram Əsgərov övladının qəhrəmanlığı və ucaldığı şəhidlik zirvəsi ilə bağlı yüksək qürurla danışır və Nurlanın müqəddəs dəyərlərinə, ana qədər əziz olan vətəninə bağlı olduğunu söyləyir.

 

Şəhidlər adətən şəhidlik zirvəsinə yüksəlməmişdən öncə öz həyatlarını yüksək və ali dəyərlərlə yaşayır və hər kəsin sevgisini rəğbəti qazanırlar. Şəhid Nurlan Əsgərli də belələrindən idi. Məktəb dövründə ona dərs deyən müəllimləri və onunla birgə təhsil alan sinif yoldaşları da əziz şəhidimizi xoş xatirələrlə xatırlayaraq onun yüksək əxlaqa və insani keyfiyyəti sahib bir insan olduğunu bildirirlər.

 

“Nurlan şəhid olmamışdan bir gün öncə evlə əlaqə saxladı və hər şeyin qaydasında olduğunu bildirdi” – deyə Bayram ata övladı ilə sonuncu telefon danışığını belə xatırlayır.


“Torpaq uğrunda ölən varsa Vətəndir!” - demiş böyüklərimiz. Əslində vətən anlayışının mövcudluğu məhz böyüklərimizin dediyi kimi onun uğrunda canını fəda etmiş mərd və fədakar övladlarına görədir. Bu günə qədər xalqımızın şəhid Nurlan Əsgərli kimi çoxsaylı mərd oğulları Allahın bu qanununa əməl edərək Azərbaycan adlı bir məmləkətin və vətənin mövcudluğuna səbəb olublar. Və Nurlan Əsgərli kimi qəhrəman övladların bu torpaq uğrunda tökdükləri qan bundan sonra yüzlərlə özləri kimi qəhrəmanların və igidlərin yetişməsinə səbəb olacaq.. Allah bütün şəhidlərimizə rəhmət və məqamlarını ali eləsin.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system