NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kim Trampa görüşməyi təklif edib

Oxundu: 623
Kim Trampa görüşməyi təklif edib

ABŞ prezidenti Donald Tramp Şimali Koreya dövlət başçısı Kim Çen Indan görüşmək təklifi alıb.

 

"İslaminSesi" bildirir ki, “Report”un xəbərinə görə bu barədə “Twitter”də yazan D.Tramp Şimali Koreya liderindən aldığı məktubda ABŞ ilə Cənubi Koreya birgə hərbi təlimləri başa çatandan sonra görüşmək təklifinin irəli sürüldüyünü bildirib.

 

Yaxın günlərdə görüşməyə hazır olduğunu qeyd edən ABŞ prezidenti həmçinin Kim Çen In tərəfindən bu yaxınlarda qısa mənzilli ballistik raket buraxdıqları ilə bağlı “yüngülvari üzrxahlıq” ifadə olunduğunu da diqqətə çatdırıb.

 

“Mənə göndərdiyi məktubda Kim Çen In ABŞ ilə Cənubi Koreyanın birgə təlimləri başa çatan kimi görüşərək danışıqlara başlamaq arzusunda olduğunu çox nəzakətli tərzdə çatdırıb” – deyə D.Trampın paylaşımında qeyd olunur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system