NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Kaliforniyada son 25 ilin İkinci ən güclü zəlzələsi: 3 min adam işıqsız qaldı - VİDEO

Oxundu: 112
Kaliforniyada son 25 ilin İkinci ən güclü zəlzələsi: 3 min adam işıqsız qaldı - VİDEO

Kaliforniyada sutka ərzində ikinci güclü zəlzələ baş verib.

İslaminSesi-nin Lenta.ru-ya istinadən verdiyi xəbrə görə, bu haqda Avropa-Aralıq dənizi seysmoloji mərkəzinin (EMSC) saytında bildirilir.

 

7,1 bal gücündə olan yeraltı təkanlar bu dəfə Los-Ancelesdən 193 kilometr şimalda, Rickrest şəhərindən 17 kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb. Siris Velli episentrə ən yaxın olan Kaliforniya qəsəbəsidir.


The Los Angeles Times-ın məlumatına əsasən, zəlzələ nəticəsində Rickrest şəhərində təxminən 3 min adam işıqsız qalıb, yol və bbinalarda dağıntılar baş verib, xəsarət alanlar var.

 

Qeyd edək ki, daha öncə 6,4 bal gücündə olan yeraltı təkanlar Las-Veqasdan Sakit okeana qədər bütün cənub regionunda hiss olunmuşdu. Bu, son 25 il ərzində ən güclü zəlzələ idi. Təbii fəlakət nəticəsində tikililərə zərər dəyib, bəzi ərazilərdə qaz kəmərlərinin dağılması ilə yanğın qeydə alınıb.

 

DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system