NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İnsanın bədən üzvləri qiyamətdə ona şahidlik edəcəkmi? – Bu necə olacaq?

Oxundu: 108
İnsanın bədən üzvləri qiyamətdə ona şahidlik edəcəkmi? – Bu necə olacaq?

Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.(Fussilət-20)

 

Qiyamət və ölümdən sonra hesab İslamın əqidə əsaslarındandır. Bunu inkar etmək İslam əsaslarını və Quranı inkar etməyə bərabərdir. Çünki Quran ayələrinin bökük qismi ya birbaşa, ya da dolaysı yolla qiyamətin qətiliyini çatdırır.

 

İnsan qiyamətdə etdiyi hər bir əməlinin hesabını verəcək. Hətta ona bəzi şahidlər də gətiriləcək. Amma insanın ən yaxın şahidi onun özü olacaq. Özü-özünə şahidlik edəcək, heç xüsusda yalana yol verilməyəcək. Qurana əsasən insanın bəzi bədən üzvləri belə “dilə” gəlib şahidlik edəcək:

 

Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir.(Fussilət-20)

 

Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər. (Yasin-65)

 

Bu kimi ayələr əzaların belə şahidlik edəcəyini təsdiq edir.

 

Amma bunu necə baş verəcəyi barədə isə müxtəlif fikirlər mövcuddur. İslam alimlərinin müxtəlif yanaşmaları vardır. Bir qism alimlər bunun hissi olacağını, bir növ insanın bunu hiss edəcəyini deyiblər və bunu insanın dünya həyatındakı bəzi hallarına bənzədiblər. Necəki bir insan yalan danışarkən qızarır, yaxud qorxu hiss edərkə rəngi saralır, qiyamətdə də insanların bədən üzvlərinin tam bu cür olmasa da buna bənzər hallar yaşayacaq, bu cür hallarla idrak olunucaq. Həmçinin hər bir əməlin insan ruhiyyəsində təsir qoyduğunu, onun yaddaşına (cövhərinə, zatına) həkk olunduğunu nəzərə aldığını nəzərə alaraq bu fikiri dəstəkləyən alimlər vardır.

 

Digər bir qism təfsirçilər isə AllahTəalanın qüdrət sahibi olduğunu önəçəkərək, Onun bədən üzvlərinə özünə məxsus şüur bəxş edəcəyini demişlər və bu “şüur” vasitəsi ilə əzalar öz etdiklərini dərk edərək, yaxud xatırlayaraq etiraf edəcəklər. Bir növ əzalarımız bizim tam agah olmadığımız yeni xüsusiyyətlərə yiyələnəcəklər. Bucür düşünənlər Quran ayələrinin zahiri mənasın da bunu təsdiq edtiyini bildirmişlər.

 

Təfsir Nümunəyə əsasən əzaların dil açıb danışması və ya xüsusi şüura sahiblənməsi uzaq nəzərdir (fikirdir). Çünki əzaların şüura sahib olmasının əsası yoxdur. Çünki bu əzalar əməl zamanı özünəməxsus ağıl və şüura malik olmayıblar. Əgər əzaların əməl zamanı işə şüurlu təsiri olmayıbsa o zaman onların şüurlu hesab verməsi məsələsi də olmayacaq. Digər nəzər (əzaların hissi hessab verməsi) daha uyğundur. (İstifadə edilib:Təfsir Tümunə)

 

 /İslaminSesi/

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system