NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Hicri təqvimi ilə zil-qədə ayı daxil oldu - Ayın əlamətdar günləri

Oxundu: 129
Hicri təqvimi ilə zil-qədə ayı daxil oldu - Ayın əlamətdar günləri

Zul-qədə ayının mənası nədir?

 

İslaminSesi.info  – Zul-Qədə hicri-qəməri tarixinin 11-ci ayıdır. Ondan öncə şəvval sonra isə zi-hiccə ayı gəlir.

 

Zul-Qədə Qurani-Kərimdə buyurulmuş 4 haram aydan biridir. Quranda buyurulur:

“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!”  (Tövb-36)

 

 

 Qurani-Kərimə görə ərəblərin islamdan öncə xüsusi şəkildə ehtiram etdikləri Zil-Qədə, Zil-Hiccə, Məhərrəm və Rəcəb ayları müsəlmanlar tərəfindən də ehtiramla yad edilməlidir və islamdan öncə bu aylarda yerinə yetirilən adətlər islamdan sonra da riayət edilməlidir. Məsələn döyüşlərin və müharibələrin qadağan olması kimi.

 

Dilçi alimlər Zil-Qədə sözünün mənasını “oturmaq” kimi mənalandırırlar. Yəni döyüşləri bitirmək və oturmaq. Bu ay daxil olduqda insanlar döyüşlər və muharibələrə artıq qatılmır evlərində oturmağı üstün tuturlar. Həmçinin Azərbaycanlı alim Əbu-Reyhan Biruni (973-1048) də eyni mənanı təsdiqləyir.

 

Bu ayda müsəlmanlar döyüşləri təxirə salar, həcc ziyarətinə hazırlaşardılar.

 

Bu ayın əlamətdar günlərin bunlardır:

 

1-    Ayın 1-i Fatimə bint Musa Kazimin (Məsumə xanım) viladəti (173 h.q) 

 

2-    Ayın 11-i İmam Rzanın viladəti (148 h.q)

 

3-    Ayın 29-u İmam Məhəmməd bin Əli əl-Cavadın şəhadəti (220 h.q) 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system