NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Hansı evlərə "kupça" veriləcək - Xoşbəxtlərin siyahısı hazırlanıb

Oxundu: 305
Hansı evlərə

Özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi zamanı son beş il əsas götürüləcək

 

Bu günlərdə özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi üçün konsepsiyanın hazırlanaraq Prezident Adminstrasiyasına təqdim edilməsi illərdir ki, qanunsuz evlərdə yaşayanların "kupça" alacağına böyük ümid yaradıb. Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq, qanunsuz evlərin sənədləşdirilməsi yollarını araşdırıb.

 

Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi zamanı son beş il əsas götürüləcək. Bildirilib ki, son beş ildə qeydiyyata alınan qanunsuz tikililərin sənədləşdirilməsi mümkün olacaq. Dövlət yaşayışa təhlükəli olmayan ərazilərdə inşa edilən evlərin sənədləşdirilməsinə çalışacaq.

 

M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhəri üzrə 500 min sənədsiz tikilinin olduğuna dair məlumat var. H. Hüseynovun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin sərəncamı əsasında çoxmərtəbəli evlərin sənədləşdirilməsindən sonra sıra fərdi evlərin sənədləşdirilməsinə çatıb. H. Hüseynov bildirib ki, rəsmi dairələrdə sənədsiz evlərin siyahısının hazırlanması da həmin tikililərin sənədləşdirilməsi məqsədilə aparılıb: "Artıq xeyli müddətdir ki, bu istiqamətdə iş aparılır. Prezidentin yeni yaşayış binalarındakı mənzillərin sənədləşdirilməsi ilə bağlı sərəncamından sonra fərdi evlərin sənədləşdirilməsi istiqamətində də işlərə başlanılıb. Məndə olan məlumata görə, yeni yaşayış binalarındakı mənzillərin sənədləşdirilməsi istiqamətində işlərin demək olar ki, 70 faizi başa çatıb. İlin sonuna qədər bu işlərin tam yekunlaşdırılması nəzərdə tutulur. Bundan sonra sözsüz ki, sıra qanunsuz inşa edilmiş fərdi evlərin sənədləşdirilməsinə çatır. Artıq rəsmi qurumlarda hansı tikililərin yolların mühafizə zolağında, hansıların yüksəkgərginlikli elektrik xətlərinin altında, hansıların su, qaz xətlərinin, neft quyularının üzərində inşa edildiyinə dair məlumat var.

 

Bakı Şəhər İcra Hakimiyyətində qanunsuz tikililərin hansı sənədlərinin olduğuna dair məlumatlar toplanıb. O məlumatlarda həmin qanunsuz tikililərin nə qədər hissəsinin bələdiyyə sənədi, nə qədərinin icradan çıxarışı, nə qədər hissəsinin isə ümumiyyətlə heç bir sənədi olmadığına dair məlumatlar var. Qanunsuz evlərin sənədləşdirilməsində bu məlumatlar mühüm ol oynayacaq. Çox güman ki, bu iş mərhələli şəkildə həyata keçiriləcək. Öncə icradan çıxarışı olan, daha sonra bələdiyyə sənədi olan evlərin sənədləşdirilməsinə başlanılacaq. Heç bir sənədi olmayan, kommunikasiya xətlərinin üzərindəki, yüksəkgərginlikli xətlərin altındakı, yolların mühafizə zolağındakı tikililərin sənədləşdirilməsi isə ən sonuncu mərhələdə həyata keçirdiləcək. Əks halda bütün tikililərin sənədləşdirilməsinə başlanması mümkün deyil. Əsas isə budur ki, bu məsələ prezidentin nəzarətindədir".


Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsindən Sputnik Azərbaycan-a bildirilib ki, özbaşına və sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi üçün konsepsiya hazırlanıb. Həmin konsepsiya Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim edilib: "Komitə tərəfindən ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlərdə var. Bu cür özbaşına tikililərin sənədləşdirilməsi ilə bağlı komitə tərəfindən beynəlxalq təcrübə öyrənilib və təhlillər aparılıb. Bunun əsasında müvafiq konsepsiya sənədi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib".

 

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov deyib ki, artıq bu məqsədlə işçi qrupu da yaradılıb: "Ölkə başçısının bu sahəyə xüsusi diqqəti və verdiyi tapşırıqlara əsasən artıq işçi qrupu yaradılıb. Həmçinin bütün rayonlarda yerli icra hakimiyyətinin, bələdiyyələrin və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət Yerli ekspert komissiyaları yaradılıb. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş özbaşına tikililər barədə məlumatları elektron formatda Yerli ekspert komissiyalarına təqdim edibdir. Komissiyalar yerlərdə həmin məlumatlar əsasında özbaşına tiklilərin invertarlaşdırılması və dəqiqləşdirlməsi işlərini həyata keçirəcəkdir".

 

Q. Xəlilov bildirib ki, Konsepsiya qəbul edildikdən sonra Dövlət Neft Şirkətinin saziş ərazilərindəki qanunsuz evlərin sənədləşdirilməsi məsələsi də bəlli olacaq.



Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system