NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Fənn olimpiadalarının qalibləri bu ixtisaslara pulsuz qəbul olunacaqlar - SİYAHI

Oxundu: 255
Fənn olimpiadalarının qalibləri bu ixtisaslara pulsuz qəbul olunacaqlar - SİYAHI

Respublika fənn olimpiadalarının qalibləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

 

İslaminSesinin Modern.az-a istinadən  məlumatına görə, həmin ixtisaslar aşağıdakılardır:

 

Azərbaycan dili və ədəbiyyat fənni üzrə qalib gələnlər: 

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi; 
2. məktəbəqədər təlim və tərbiyə; 
3. ibtidai sinif müəllimliyi; 
4. korreksiyaedici təlim; 
5. filologiya (dil və ədəbiyyat göstərilməklə); 
6. jurnalistika; 
7. kitabşünaslıq;

  • tarix fənni üzrə qalib gələnlər: 

    1. tarix; 
    2. tarix müəllimliyi; 
    3. tarix və coğrafiya müəllimliyi; 
    4. antropologiya; 
    5. politologiya;
    6. fəlsəfə; 
    7. kitabşünaslıq;
    8. sosiologiya; 
    9. muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması;
  • coğrafiya fənni üzrə qalib gələnlər: 

    1. coğrafiya; 
    2. coğrafiya müəllimliyi; 
    3. tarix və coğrafiya müəllimliyi; 
    4. regionşünaslıq (regionlar üzrə); 
    5. ekologiya; 6. hidrometeorologiya;
  • riyaziyyat fənni üzrə qalib gələnlər: 

    1. riyaziyyat; 
    2. riyaziyyat müəllimliyi; 
    3. riyaziyyat və informatika müəllimliyi; 
    4. mexanika; 
    5. kompüter elmləri; 
    6. kompüter mühəndisliyi; 
    7. mexatronika və robototexnika mühəndisliyi; 
    8. enerji maşınqayırma mühəndisliyi; 
    9. maşın mühəndisliyi; 
    10. geofizika mühəndisliyi; 
    11. neft-qaz qurğuları mühəndisliyi; 
    12. elektroenergetika mühəndisliyi; 
    13. istilik energetikası mühəndisliyi; 
    14. avianəqliyyat istehsalatının təşkili mühəndisliyi; 
    15. aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi; 
    16. hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi; 
    17. hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi; 
    18. gəmiqayırma və gəmi təmiri mühəndisliyi; 
    19. yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi; 
    20. cihazqayırma mühəndisliyi; 
    21. texnoloji maşın və avadanlıqlar mühəndisliyi; 
    22. elektrik mühəndisliyi; 
    23. elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi;
    24. mexanika mühəndisliyi; 
    25. kompüter mühəndisliyi; 
    26. informasiya texnologiyaları və sistemləri mühəndisliyi; 
    27. inşaat mühəndisliyi; 
    28. nəqliyyat tikintisi mühəndisliyi; 
    29. tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi; 
    30. statistika;
  • fizika fənni üzrə qalib gələnlər: 

    1. fizika; 
    2. fizika müəllimliyi; 
    3. mexanika;
    4. geofizika mühəndisliyi; 
    5. elektroenergetika mühəndisliyi; 
    6. elektrik mühəndisliyi; 
    7. materialşünaslıq mühəndisliyi;
  • kimya fənni üzrə qalib gələnlər: 
    1. kimya; 
    2. kimya müəllimliyi; 
    3. kimya və biologiya müəllimliyi; 
    4. ekologiya; 
    5. qida məhsulları mühəndisliyi;
  • biologiya fənni üzrə qalib gələnlər: 

    1. biologiya; 
    2. biologiya müəllimliyi; 
    3. kimya və biologiya müəllimliyi;
    4. ekologiya; 
    5. balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
    6. su bioehtiyatları və akvabitkilər; 
    7. bitki mühafizəsi; 
    8. aqronomluq; 
    9. zootexniklik; 
    10. baytarlıq; 
    11. psixologiya; 
    12. qida məhsulları mühəndisliyi;
  • informatika fənni üzrə qalib gələnlər: 

    1. riyaziyyat və informatika müəllimliyi; 
    2. informatika müəllimliyi; 
    3. kompüter elmləri; 
    4. kompüter mühəndisliyi; 
    5. proseslərin avtomatlaşdırılması mühəndisliyi;
    6. informasiya texnologiyaları; 
    7. sistem mühəndisliyi; 
    8. mexatronika və robototexnika mühəndisliyi. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system