NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

Oxundu: 265
Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

2019-cu il aprel ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,9 faiz artaraq 8 milyard 339,1 milyon manat təşkil edib.

 

İslaminSesi “Trend”ə istinadən xəbər verir ki,  əmanətlərin 60,5 faizi xarici, 39,5 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 19,9 faiz, xarici valyutada əmanətlər isə 2,8 faiz artıb.

 

2019-cu il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli isə milli valyuta ekvivalentində 13 milyard 058,0 milyon manat təşkil edib, onun 10 milyard 439,7 milyon manatı uzunmüddətli kreditlər olub. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,9 faizini təşkil edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system