NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Əbülfəz Bünyadovun məhkəməsi keçirildi

Oxundu: 244
Əbülfəz Bünyadovun məhkəməsi keçirildi

Bu gün Ali Məhkəmə siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü Əbülfəz Bünyadovun kassasiya şikayətini təmin etməyib.

İslaminSesi.info Operativ.tv-a istinadən  xəbər verir ki, işə baxılması ərəfəsində bir qrup hüquq müdafiəçisi, fəal və ziyalıların nümayəndəsi ölkə rəhbərliyinə müraciət edərək Ə.Bünyadovun vəziyyətinin ağır olması - əl-ayaq iflici, hepatit C, bağırsaq infeksiyası ilə əlaqədar azadlığa buraxılmasına yardımçı olmağı xahiş edib.

 

Lakin məhbusun həyatına təhlükə olmasına baxmayaraq, demokratik ictimaiyyətin səsi eşidilməyib.

 

Xatırladaq ki, 2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyat zamanı Ə.Bünyadovun aldığı güllə yarası onurğasını zədələyib. Yataq xəstəsi olmasına baxmayaraq, onu bir neçə ay həbsdə saxlayıblar.

 

Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Lakin məhkəmə onu konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, terrorizm və s. ittihamlarla 15 il azadlıqdan məhrum edib.

0

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system