NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Dünyada ürək xəstəliyi gəncləşir

Oxundu: 65
Dünyada ürək xəstəliyi gəncləşir

“Hazırda dünyada elm və texnika inkişaf etsə də, ürək xəstələrinin sayı artır. Ürək xəstəliklərinin ən önəmli risk amili yaşdır. Belə ki, yaş artdıqca ürək-damar xəstəliklərinə məruzqalma riski də artır. Digər tərəfdən oturaq həyat tərzinə meyillilik, normadan çox qida qəbulu, piylənmə, stress, siqaret çəkmək, havanın çirklənməsi ürək xəstəliklərinin əmələ gəlməsi riskini artırır. Dünyada ürək xəstəliyi gəncləşib”.

 

İslaminSesi Modern.az-a istinadən  xəbər verir ki, bunu “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində iştirak edən ABŞ-ın Klivlend Klinikasının kardioloqu Murat Tuzcu jurnalistlərə açıqlamasında deyib.

 

Mütəxəssisin sözlərinə görə, əgər 30-40 il əvvəl infarktla əlaqədar xəstəxanaya müraciət edən hər 3 nəfərdən biri vəfat edirdisə, indi 30 nəfərdən biri dünyasını dəyişir. Ürək xəstələrinin bir çoxu uzun müddət yaşayır.

 

ABŞ-ın Klivlend Klinikasının kardiocərrahı Bryus Litl Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlardan məlumatlı olduğunu bildirib. O, gələn ilin əvvəlindən etibarən ölkəmizdə icbari tibbi sığortanın tətbiqini yüksək qiymətləndirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system