NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu ölkəyə bir ildə 1,2 milyard dollar investisiya yatırıldı

Oxundu: 74
Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı

Ötən il Gürcüstan iqtisadiyyatına 1 mlrd. 232,4 mln. ABŞ dolları həcmində investisiya yatırılıb.

 

İslaminSesi “Report”a istinadən xəbər verir ki, bu barədə ötənilki dövlət büdcəsinin icrası haqqında sənəddə bildirilir.

 

İllik müqayisədə qonşu ölkəyə qoyulan sərmayələrin həcmi 34,9% azalıb.

 

Hesabat ilində Gürcüstanın ən böyük investoru 240 mln. dollarla Azərbaycan olub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Böyük Britaniya (203,7 mln. dollar) və Niderland (167,9 mln. dollar) qərarlaşıb.

 

Sənəddə qeyd olunub ki, 2018-ci ildə ən çox investisiya maliyyə (277 mln. dollar), nəqliyyat (210 mln. dollar) və energetika (157 mln. dollar) sahələrinə yatırılıb.

 

Dövlət büdcəsinin icrası haqqında sənəd mayın 27-də Gürcüstan parlamentinin büro iclasında təqdim olunacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system