NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bu gün dünyanın ƏN BÖYÜK məscidinin açılışı olacaq - Türkiyədə - VİDEO

Oxundu: 3710
Bu gün dünyanın ƏN BÖYÜK məscidinin açılışı olacaq - Türkiyədə - VİDEO

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanın ən böyük məscidinin açılışını edəcək.

İslaminSesi-nin “Islam Today”-a istinadən verdiyi xəbərə görə,  63 min nəfərlik tutumu olan Çamlıca məscidi İstanbulun Üsküdar rayonunda yerləşir.

 

Kompleksin inşası cari ilin 7 Mart tarixində bitib. Türkiyə prezidenti isə məscidi ziyarətçiləri üçün açacaq.

 

Məscidin ərazisi 15 min kvadrat metrdir, onun 6 minarəsindən dördünün hündürlüyü 107 metrə çatır, daha 2 minarənin hündürlüyü isə 90 metrdir.

 

“Məscid özündə klassik və müasir memarlıq elementlərini birləşdirir, bu məscidin dünyada bənzəri yoxdur”, - deyə  İstanbulun Mədəni-maarifçilik fəaliyyəti və Məscidlər Assosiasiyasının rəhbəri Ergin Külüng bildirib..

 

Bundan başqa, kompleksə 3,5 min avtomobil üçün park yeri, 1000 nəfərlik konfrans zalı, kitabxana və 11 min kv.m ərazisi olan müzey də daxildir. Plana əsasən, məscid İstanbulun ən mühüm simvollarından biri olacaq.



Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system