NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda yataqxana binasında uçqun - VİDEO

Oxundu: 557
Bakıda yataqxana binasında uçqun - VİDEO

Bakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında sökülən yataqxana binasında uçqun olub.

Qəza anının əks olunduğu görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.

 

Hadisə ötən gün axşam saatlarında olub. Xəsarət alan olmayıb.

 

Sakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb:

 

“Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olunacağıq”.

 

İcra Hakimiyyətindən  bildirilib ki, bir neçə gündür qəzalı vəziyyətdə olan bina sökülür.

 

Qeyd edək ki, bir müddət əvvəl Baku TV 30 ailənin bu binada təhlükəli vəziyyətdə yaşaması barədə reportaj hazırlamışdı. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system