NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda susuz qalan sakinlərə şad xəbər - VİDEO

Oxundu: 99
Bakıda susuz qalan sakinlərə şad xəbər - VİDEO

İki ay əvvəl Baku TV-nin susuzluqdan əziyyət çəkən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinin sakinlərinin problemini işıqlandırmasından sonra məsələ həllini tapıb.

Belə ki, sakinlər əraziyə içməli su verilmədiyi üçün Ramana-Binə yolunu bağladıqdan sonra rayon İcra Hakimiyyətinin başçısı və “Azərsu” ASC nümayəndələri sakinləri qəbul etmişdilər. Aidiyəti qurumlar tezliklə sakinlərin içməli su ilə təmin olunacaqlarını bildirmişdilər.

 
 

Əməkdaşlarımız məsələ ilə maraqlanmaq üçün iki ay sonra yenidən əraziyə yollanıb.

 

Məlum olub ki, artıq bir neçə gündür əraziyə su xətlərinin çəkilməsinə başlanılıb.

 

Evlərinə sayğacların da quraşdırılması başa çatan sakinlər yaxın günlərdə içməli su ilə təmin olunacaqlar.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system