NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır

Oxundu: 126
Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır

"Bakıda özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirdinin vəziyyəti orta-ağırdır".

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov deyib.

 

Onun sözlərinə görə, uşağın diz qapağında yerini dəyişməyən sınıq və dirsək oynağında isə daha bir sınıq var: "Hazırda reanimasiyadadır. Şagirdin vəziyyəti orta-ağırdır və sabitdir".

 

Qeyd edək ki, mayın 13-də Bakı şəhəri 273 nömrəli tam orta məktəbin VIII sinif şagirdi özünü məktəbin 2-ci mərtəbəsindən atıb. Məktəbdən bildirilib ki, şagird dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır.Report

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system