NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Bakı Kart” terminalları 5 qəpiyi qəbul etmir - SƏBƏB

Oxundu: 153
“Bakı Kart” terminalları 5 qəpiyi qəbul etmir - SƏBƏB

İctimai nəqliyyata gediş yükləmək üçün istifadə edilən "Bakı Kart" terminallarında tez-tez problemlər yaranır.

Əsas problem terminalların kağız pulları “bəyənməyib” geri qaytarması ilə yanaşı, xırda qəpikləri ümumiyyətlə qəbul etməməsilə bağlıdır. Sərnişinlər qəpikləri dəfələrlə terminala daxil etsələr də, gediş yükləmək mümkün olmur. Terminallar hətta 5 qəpiklikləri ümumiyyətlə qəbul etmir. Bəs səbəb nədir?


Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev  bildirib ki, bu məsələ tez-tez gündəmə gətirilir və hər dəfə BNA-nın mövqeyi açıqlanır:


“Əvvəla onu qeyd edim ki, 1, 3, 5 qəpik metal sikkələrin "BakıKart" satış yükləmə aparatları tərəfindən qəbul edilməməsi metal sikkələrə hər hansı münasibətdən irəli gəlmir. Məsələyə sırf texniki baxımdan yanaşmaq daha münasibdir. Digər bir məsələ, hər bir layihəyə başlamazdan əvvəl uyğun analizlər aparılır, onun texniki və maliyyə xüsusiyyətləri müəyyən edilir”.

 

BNA rəsmisinin sözlərinə görə, "BakıKart" layihəsi reallaşarkən sərnişinlər tərəfindən istifadə edilən qəpik metal sikkələr və əskinaslar araşdırılıb:

“Layihə çərçıvəsində tədavüldə daha çox olan 10, 20, 50 qəpiklik sikkələrin və 1, 5, 10, 20, 50, 100 manatlıq bütün kağız əskinasların avadanlıqlar tərəfindən qəbul edilməsinə qərar verilib”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system