NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Təbrizli alim evini satıb seldən zərər çəkənlərə bağışladı

Oxundu: 98
Təbrizli alim evini satıb seldən zərər çəkənlərə bağışladı

İranın Təbriz şəhərindən olan mərceyi təqlid Ayətullah Cəfər Sübhani İranda seldən zərər çəkənlərə yardım edib.

  

“İslaminSesi”  xəbər verir ki, "İjtihad"ın məlumatına görə bu barədə Qum elmi hövzəsinin xidmət mərkəzinin rəhbəri Seyid Həsən Rəbbani məlumat verib.

 

O bildirib ki, Ayətullah Cəfər Sübhani öz evini sataraq, İranın Xuzistan əyalətində səldən zərər çəkən vətəndaşlara bağışlayıb: "Ayətullah Cəfər Sübhani mənə dedi ki, qədim evim var idi, onu satmışam. Pulun az miqdarını götürdüm, qalanını seldən zərər çəkən vətəndaşlara verin. Mənim salamımı onlara çatdırın. Əgər vəziyyətim imkan versəydi, özüm onlara kömək etməyə gedərdim".

 

Qeyd edək ki, əslən azərbaycanlı olan 90 yaşlı Cəfər Sübhani İranın Təbriz şəhərində anadan olub. O, İranın məşhur mərceyi təqlidlərindən biri hesab olunur. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system