NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycana idxal olunan avtomobillərin sayı 2.2 dəfə artıb

Oxundu: 96
Azərbaycana idxal olunan avtomobillərin sayı 2.2 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 11 695 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

 

İslaminSesi bildirir ki, Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

 

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,3 dəfə artaraq 53 ədəd, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2,2 dəfə artaraq 10 614 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2 dəfə artaraq 974 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,2 dəfə artaraq 54 ədəd olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system