NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan və Ermənistanın XİN başçıları Vaşinqtonda görüşsün - ABŞ-dan təklif

Oxundu: 493
Azərbaycan və Ermənistanın XİN başçıları Vaşinqtonda görüşsün - ABŞ-dan təklif

ABŞ Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycan və Ermənistanın XİN başçılarının növbəti görüşünü Vaşinqtonda keçirməyi təklif edib.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.


"Azərbaycan və Ermənistanın XİN başçılarının son görüşü mənim rusiyalı həmkarım Serqey Lavrovun təşəbbüsü ilə Moskvada keçirilib", — deyə Məmmədyarov qeyd edib.

 

O, hesab edir ki, "Rusiya ilə birgə səyləri ikiqat-üçqat artıırmaqla münaqişənin nizamlanmasında irəliləyişlərə ümid etmək olar".

 

"Dünən ABŞ-dan Vaşinqtona baş çəkməyə dəvət almışıq. Orada dövlət katibi, həmçinin, münaqişənin həllində irəliləyiş əldə etmək üçün öz səyini göstərəcək", — deyə Azərbaycanın xarici işlər naziri əlavə edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system