NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi

Oxundu: 885
Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi

AİP Mətbuat Xidmətindən redaksiyamıza daxil olan təbrikdə deyilir:

 

“Əziz həmvətənlərimiz, mehriban Azərbaycan xalqı! Sizi əlamətdar gün-Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Allahdan hər kəsə can sağlığı, evlərinizə halal ruzi-bərəkət, ailələrinizə izzət və səadət, Vətənimizə tərəqqi diləyirik.

 

Novruz bayramı eimi-fəlsəfi mahiyyət daşımaqla xalqımızın ən qədim el adətlərindən biridir. Mahiyyətində daxili milli- mənəvi zənginlik daşınmaqla bu bayram, eyni zamanda xalqı bərabərliyə, birliyə, həmahəngliyə, paklığa və hallalığa çağırır. Gecə ilə gündüzün bu bayram günü bərabərləşməsi, yatmış təbiətin oyanışı Allahın hikmət dolu möcuzəsinin təzahürüdür. Kainatın nizamında cəmiyyətin düşüncəsini onun inkişafına səy etməyə yönəltmək, ona mənəvi stimul vermək Yaradanın böyük hikməti olduğunu Novruzun necə qarşılanmasında da görürük.

 

Əkinçilər, zəhmət adamları ilin bu çağında təbiətin çağırışına səs verərək halal ruzinin, süfrələrin bərəkətinin təməlini qoyurlar. Novruz bayramı bütün əlamətlərilə insanlara yeniliklərə həvəs, ruh yüksəkliyi verir, torpağı, Vətəni sevmək duyğuları aşılayır. Novruz bayramlaşması cəmiyyətə qarşılıqlı hörmət, barış gətirir, dillərdə yalnız xoş ovqatlı arzu və diləklər səslər. Ona görə də eyni zamanda bu bayram insanlar arasında mənəvi saflıq, səmimiyyət, İlahi sevgi və hörmət yaradan əlamətlərinə görə sevilir və qeyd olunur. Bu əziz bayram münasibətilə Sizləri bir daha təbrik edir, Allahdan süfrələrinizə, evlərinizə bol ruzi-bərəkət diləyir, hər bir azərbaycanlı ailəsinə səadət, hər kəsə can sağlığı, xoşbəxtlik arzilayırıq. Novruz bayramınız mübarək olsun!”

 

Hacı İlham Əliyev,

Azərbaycan İslam Partiyasının sədr əvəzi

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system