NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Almaniyada 5G mobil rabitə şəbəkəsi işə salınıb

Oxundu: 106
Almaniyada 5G mobil rabitə şəbəkəsi işə salınıb

Almaniyanın Berlin və Bonn şəhərlərində beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi istifadəyə verilib.

 

"İslaminSesi" -  Deutsche Welle nəşrinə istinadla xəbər verir ki, bir müddət sonra 5G şəbəkəsi Hamburq, Darmştadt, Leypsiq və Münhendə də işə salınacaq. Bu il yüzdən çox nöqtədə beşinci nəsil mobil rabitəni dəstəkləyən 300-ə yaxın antena quraşdırılacaq. 2020-ci ilin sonunadək şəbəkə Almaniyanın 20 ən böyük şəhərini əhatə etməlidir.

 

İyunun ortalarında ölkənin mobil operatorları yeni standart tezlikləri üçün 6,5 milyard avrodan çox pul ödəyiblər. Tezliklərin satış hərracında Deutsche Telekom, Vodafone, Telefonica və United Internet iştirak ediblər.AzərTac

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system