NAMAZ VAXTLARI:
  • FƏCR 04:32
  • GÜN 05:59
  • ZÖHR 12:40
  • ŞAM 19:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

AİP Ruhulla Axundzadə ilə bağlı bəyanat verdi

Oxundu: 851
AİP Ruhulla Axundzadə ilə bağlı bəyanat verdi

Azərbaycan İslam Partiyasının idarə heyəti toplandı.

Partiya funksionerləri qurumun Astara Rayon Təşkilatının sədri Ruhulla Axundzadənin aclıq aksiyası ilə bağlı bəyanat imzaladılar.

 

“İslaminSesi” saytınə daxil olan bəyanatda deyilir:

 

“AİP Astara Rayon Komitəsinin sədri Ruhulla Axundzadənin aclıq aksiyası keçirməsi partiyada və ümumən cəmiyyətdə, xüsusən R.Axundzadənin ailəsində ciddi narahatlıq yaratmışdır.

 

R.Axundzadə artıq 8 ildir ki, Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayır. Qondarma, ağıla gəlməyən ittihamlarla müttəhim kürsüsünə əyləşdirilən R. Axundzadənin qanunsuz və tamamilə haqsız və ədalətdən kənar yanaşma ilə həbsi ailəsində, özündə və yaxınlarında, onu tanıyan hər kəsdə, əqidə dostlarında qəzəb və hiddət doğurmaya bilməz.

 

Ruhulla Axundzadə özü, ata-babası ruhani həyat tərzini yaşamışlar. Adəti üzrə, ruhani təmayüllü insanlar üzlərini ülgüclə təraş etməyi, dinimizin göstərişlərinə əsasən, məqsədəuyğun hesab etməzlər. Məhz Ruhulla Axundzadə də eyni zamanda cəzaçəkmə müəssisəsinin qaydalarına uyğun olaraq, uzun saqqal saxlamamışdır. Buna baxmayaraq, müəssisə rəhbərliyi R.Axundzadəyə üzünün tam təraş olunmasına məcbur etməklə ciddi rejim tətbiq etmişdir. Buna etiraz olaraq, Ruhulla Axundzadə aclıq aksiyasına başlamışdır.

 

R. Axundzadə bəlli ürək xəstəsidir. Penitensiar Xidmətin mərkəzi müalicə müəssisəsində dəfələrlə ciddi müalicə qəbul etsə də, sağalma ehtimalı çox cüzidir. O, hər an xəstəliyinin ağır fazasını keçirməklə həyatını itirə bilər.

 

R.Axundzadəyə, ciddi səbəb olmadan, ağır rejim tətbiq oluynması həyatını təhlükə altına atmaqla qəddarlıq nümunəsi kimi qiymətləndirilməlidir.

 

Azərbaycan İslam Partiyası bəyan edir ki, həbsxanalarda məhbus həyatı yaşayan islamçılar siyasi və vicdan məhbuslarıdır. Amma onlara qarşı bu gün tətbiq edilən dözülməz şərait siyasi məhbusların azad edilməsi, məhbuslara humanitar yanaşma, həbsxanalarda normal şəraitin və məhbuslara qarşı insani münasibətlərin yaxşılaşdırılması iddiası ilə qəti şəkildə uzlaşmır və kəskin ziddiyyət təşkil edir.

 

Hesab edirik ki, vicdan məhbusu Ruhulla Axundzadəyə həyati təhlükə yarada biləcək kars ağır rejiminin tətbiqi və aclıq aksiyasının keçirilməsinə səbəb olan addımlar dayandırılmalıdır.

 

Respublika Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi, bu əziz bayram günlərində məhbusların, o cümlədən Ruhulla Axundzadənin özünün və ailəsinin ciddi narahatlığını və ağır nəticə verə biləcək yanaşmanı nəzərə alaraq, operativ tədbir görülməsini zəruri hal kimi qiymətləndirməlidir".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system