NAMAZ VAXTLARI:
  • FƏCR 04:32
  • GÜN 05:59
  • ZÖHR 12:40
  • ŞAM 19:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

AİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Oxundu: 269
AİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Azərbaycan İslam Partiyası Hacı Əlikram Əliyevin şəhadətinin ildönümü ilə əlaqədar başsağlığı verdi

 

“Bu gün 1992-ci ildə Azərbaycan İslam Partiyasının təməl daşını qoyan Hacı Əlikram Əliyevin vəfatının ildönümüdür.

 

AİP-in rəhbərliyi və idarə heyəti, qurumun bütün üzvləri adından ailəsinə, yaxınlarına, bu el ağsaqqalını, mübariz insanı tanıyan və sevən hər kəsə dərin hüznlə  baş sağlığı verib, Allahdan ona rəhmət diləyib.

 

Hacı Əlikram Əliyev görkəmli ictimai xadim, vətənpərvər və xalqını canından çox sevən dahi şəxsiyyət, cəsarətli siyasi lider, İslam əqidəsinə qırılmaz tellərlə, əyilməz vücudu ilə bağlı bir duha idi. Xalqın sağlam və etibarlı gələcəyi yolunda, haqq və ictimai ədalət uğrunda yorulmadan apardığı mübarizə Hacı Əlikram Əliyevə hədsiz məşəqqətlər gətirsə də o, heç zaman iradəsindən dönmədi.

 

Zülm və haqsızlığa qarşı, xalqımızın maddi-mənəvi-dini dəyərlərinin qorunması, bərpası naminə azadlığını qurban verməsi, dəfələrlə həbsə alınaraq zindan həyatı yaşaması, sağlamlığını belə itirməsi onu qədəm qoyduğu düz yoldan çəkindirə  bilmədi.

 

Hacı Əlikram Əliyev siyasi fəaliyyətinə xalqımızın milli azadlıq hərəkatında fəal mübarizədən başladı. Ölkə istiqlaliyyətinin qazanılmasında bütün qüvvəsini sərf etdi. Qarşısına qoyduğu ən mühüm vəzifələrindən biri də dinsiz bir siyasi sistemin 70 il xalqımızın mənəviyyatına vurduğu ağır zərbənin və yaraların sağalmasına nail olmaq idi.Bundan ötrü o, siyasi fəaliyyəti boyu xalqımızın ən sağlam qüvvələrini səfərbər etməklə dinimizin azad şəkildə təbliğinə və inkişafına təminat yaratmağa çalışdı. Bu istiqamətdə atılan addımlar Hacı Əlikrama xalqımızın qərin sevgisini qazandırdı, ürəklərdə silinməz heykəl qoydu.

 

Hacı Əlikram Əliyev siyasi fəaliyyətinin sonrakı mərhələlərində erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda könüllülərin səfərbər edilməsi yolunda var gücünü sərf etdi. Vətənpərvər insan milli sərvətlərimizin talanmasının qarşısının alınması üçün mövcud hakimiyyətə təkliflər irəli sürdü.

 

Təəssüflər ki, Hacının xalqımızın, dövlətimizin inkişafı perspektivi naminə atdığı hər bir addım onun həbsi, təqibi, müxtəlif məhrumiyyətlərə məruz qalması ilə nəticələndi. O, nəhayət bu ağır sıxıntılardan sonra sağalmaz xəstəliklərə düçar oldu və dünyasını dəyişərək Vətəninin, xalqının, dininin yolunda şəhid oldu.

 

Hacı Əlikram Əliyevin vəfatının ildönümü ilə bağlı ailəsinə, yaxınlarına, bütövlükdə xalqımıza bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”

 

Hacı İlham Əliyev,

Azərbaycan İslam Partiyasının sədr əvəzi

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system