NAMAZ VAXTLARI:
  • FƏCR 04:30
  • GÜN 05:58
  • ZÖHR 12:44
  • ŞAM 19:47
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Ağsuda yük avtomobili anidən alışdı - VİDEO

Oxundu: 301
Ağsuda yük avtomobili anidən alışdı - VİDEO

Ağsuda “Ford” markalı yük avtomobili yanıb.

İslaminSesi - Hadisə Muğanlı - İsmayıllı yolunun 13 kilometrliyində - Ağsu rayonu ərazisində baş verib.

Belə ki, Bakıdan İsmayıllı istiqamətində hərəkət edərkən avtomobilin mühərrik hissəsində anidən yanğın baş verib.

 

Bakı şəhəri Xətai rayon sakini, 1985-ci il təvəllüdlü Sərdarov Daşqın Rəhim oğlunun idarə etdiyi 99-TX-312 dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobili alışıb. Sürücü çətinliklə canını qurtara bilsə də, “Ford”un yanar konstruksiyaları yararsız vəziyyətə düşüb.

 

Hadisə yerinə İsmayıllı rayon FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını cəlb olunub.

 

Qeyd edək ki, hadisənin baş verməsinə elektrik sistemində baş verən qısaqapanmanın səbəb olduğu ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system