NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Agentlik qəzaların sayının azaldılması üçün yeni layihəyə başladı

Oxundu: 92
Agentlik qəzaların sayının azaldılması üçün yeni layihəyə başladı

Təhlükəsiz nəqliyyat mühitinin formalaşdırılmasında insanların düzgün maarifləndirilməsinin vacibliyini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi yeni layihənin icrasına başlayıb.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin  verdiyi məlumata görə, “Yol həyatdır!” devizi altında reallaşacaq yeni layihə Agentliyin hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə başlatdığı tədbirlərin məntiqi davamı olaraq həyata keçiriləcək.
 
Hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etməsi sahəsində maarifləndirilməsi, yol-nəqliyyat hadisələrinin sayının minumuma endirilməsi, eləcə də rahat və təhlükəsiz nəqliyyat mühiti naminə müsbət mədəni dəyişikliklərə nail olunması layihənin əsas hədəflərindəndir.
 
Layihə çərçivəsində müxtəlif aksiyaların keçirilməsi, yol hərəkəti təhlükəsizliyi qaydalarına dair videoçarxların, posterlərin hazırlanması və yayımlanması nəzərdə tutulub.
 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system