NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Ağ çiçəyim” yanıb kül oldu - YENİLƏNİB + FOTO/VİDEO

Oxundu: 1122
“Ağ çiçəyim” yanıb kül oldu - YENİLƏNİB + FOTO/VİDEO

Qara Qarayev prospekti, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığında yerləşən “Ağ çiçəyim” gül mağazasındakı yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansarda yığılan əşyalar 70 m² sahədə yanıb.

 

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Qeyd edək ki, bu, ilin əvvəlindən Nizami rayonunda yerləşən mağazalarda baş verən üçüncü yanğındır. Bundan öncə - martın 26-da “Diqlas” ticarət mərkəzi, iyunun 23-də isə “X-Lady” mağazasında güclü yanğın olub.

 

***

 

Bir qədər əvvəl Qara Qarayev prospekti, “Xalqlar dostluğu” metro stansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.

 

xəbər verir ki, bununla əlaqədar əraziyə yanğınsöndürmə və digər operativ nəqliyyat vasitələri cəlb edilib.

 

Bakı Nəqliyyat Agentliyinin məlumatına əsasən, bu səbəbdən prospektin bu hissəsində sıxlıq var.

 

Qeyd edək ki, bu, ilin əvvəlindən Nizami rayonunda mağazalarda baş verən üçüncü yanğındır. Bundan öncə “Diqlas” və “X-Lady” mağazalarında da güclü yanğın olub. 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system