NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:42
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ Rusiya qazının Avropaya çatdırılmasının qarşısını almağa hazırlaşır

Oxundu: 193
ABŞ Rusiya qazının Avropaya çatdırılmasının qarşısını almağa hazırlaşır

ABŞ Konqressinin Nümayəndələr Palatasının deputatları Avropa ölkələrinin Rusiya qazından asılılığını azaldacaq qanun layihəsi qəbul ediblər.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, sənəddə qeyd olunur ki, Amerika xarici siyasətinin hədəfi Avropa qaz bazarında rəqabətin artırılması, Avropada energetika infrastrukturunda Amerika şirkətlərinin investisiyasına dəstək, ABŞ-dan enerji və texnologiyaların ixracının artırılması və müvafiq boru kəmərlərinin tikintisinə dəstək olmalıdır.

 

Amerika qanunvericilərinin fikrincə, bütün bunlar müvafiq diplomatik səylərlə dəstəklənməlidir, çünki Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə və Rusiya qazından asılılığın azalmasına səbəb olacaq.

 

Sənədin real qüvvəyə minməsi üçün Senatın dəstəyinə və ABŞ prezidentinin imzasına ehtiyac var.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system