NAMAZ VAXTLARI:
  • FƏCR 04:23
  • GÜN 05:53
  • ZÖHR 12:45
  • ŞAM 19:54
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ rəsimisi İsrailin yeni xəritəsini paylaşıb – Colan İsrail sərhədlərində

Oxundu: 431
ABŞ rəsimisi İsrailin yeni xəritəsini paylaşıb – Colan İsrail sərhədlərində

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Jason Greenblatt öz Twitter səhifəsində İsrailin yeni səhifəsini paylaşıb.

 

“İslaminSesi” xəbər verir ki, Jason paylaşdığı bu şəkildə 1967-ci ilə işğal olunmuş Colan təpələri ərazisini İsrailin ərazisində göstərib və bunu ölkəsinin rəsmi şəxslərinin qəbul etdiyi xəritə adlandırıb.

 

Jason Greenblatt şəxsi səhifəsində “Colan Təpələrini İsrail ərazisi elan edildikdən sonra bizim beynəlxalq xəritələr sisteminin yeni əlavəsinə xoş gəlmisiniz” deyə işğal edilmiş Suriya ərazisini İsrailin yeni torpaqları kimi təqdim edib.

 

Xatırladaq ki, Colan Təpələri 1967-ci iləd İsrail tərəfindən bir həftəlik müharibə zamanı işğal edilib. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir. 25 mart 2019-cu ildə ABŞ Qolan təpələri üzərindəki suverinliyini tanıyan ilk dövlət olmuşdur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system