NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ-ın Qolan təpələrini İsrail torpağı kimi tanıması bizim üçün də ciddi siqnaldır – İlham İsmayıl

Oxundu: 414
ABŞ-ın Qolan təpələrini İsrail torpağı kimi tanıması bizim üçün də ciddi siqnaldır – İlham İsmayıl

“Heç kəs zəmanət vermir ki, sabah hansısa dövlət Qarabağı rəsmən işğalçı Ermənistanın ərazisi kimi tanımayacaq”

 

ABŞ prezidenti Donald Tramp hakimiyyət taxtına əyləşəndən bəri Yaxın Şərqin, habelə bütün dünya ictimaiyyətinin qəzəbinə gələn, ciddi narahatlıq doğuran addımlar atmaqda davam edir.

 

Vaşinqtonun növbəti belə ağlasığmaz addımı - işğal altındakı Suriya ərazisi Qolan təpələrini rəsmən İsrail torpaqları kimi tanıması əsəbləri əməlli-başlı tarıma çəkib.

 

Artıq Qolan təpələri ABŞ-ın xəritələrində də İsrail torpağı kimi göstərilir.

 

Donald Trampın Beynəlxalq Müzakirələr üzrə Xüsusi Nümayəndəsi Ceyson Qrinbalt tvitter hesabında məsələ ilə bağlı paylaşım edib: “Qolan təpələri üzərində İsrailin suverenliyini tanıyan bildiriş yayımladıqdan sonra beynəlxalq xəritə sistemimizdəki yeni əlavəyə xoş gəldiniz” – Qrinbalt yazıb.

 

Qeyd edək ki, beynəlxalq təşkilatlar sözügedən əraziləri İsrail tərəfindən işğal olunmuş Suriya torpaqları hesab edirlər. Dünya arenasından gələn ən son açıqlamalarda bildirilir ki, ABŞ-ın qəbul etdiyi məlum qərar bütün beynəlxalq normaları pozur, İsrail tərəfindən həyata keçirilən işğal isə tədricən daha çox ərəb torpaqlarını əhatə edir.

 

Əslində, Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş “Altıgünlük müharibə” zamanı İsrail tərəfindən işğal olunub. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatıb. Yəhudi dövləti bölgəni dağlıq və strateji avantajına, zəngin su qaynaqlarına görə nəzarətindən buraxmaq istəmir.

 

Yaxşı, bəs görəsən ABŞ-ın Qolan təpələrini İsrail torpağı kimi tanıması, təcavüzkarın aqressivliyinə haqq qazandırması dünyanın eyni problemi yaşayan digər ərazilərində hansı fəsadlar yarada bilər? Ümumiyyələ belə halların presedent, yəni analoji situatsiyalar yaratma ehtimalı varmı?

 

 

“İslamınSesi”nin sualına təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayılın münasibətini öyrəndik.

 

Ekspert dedi ki, Qolan təpələri üzərində İsrailin suverenliyinin tanınması Qarabağ münaqişəsi üçün də çox ciddi məsələdir: “Hələ 1996-cı ildə ABŞ-ın da iştirakı ilə imzalanan Oslo müqaviləsində göstərilir ki, İsrail Fələstin və Suriya ərazilərində, ümumiyyətlə işğal etdiyi torpaqlarda məskunlaşma fəaliyyəti aparmamalıdır. Amma həmin anlaşmadan sonra İsrail bütün işğal ərazilərində 600 000 məskunlaşma aparıb. Müqavilədə iştirak edən dövlətlər bəyan edirlər ki, yəhudi məskunlaşması bir reallıqdır və onunla barışmaq lazımdır. Hansı ki, bu barışığı rəsmiləşdirdilər.

 Dediyiniz presedent də, fəsad da artıq yaranıb. Baxın, görün, Qolan təpələri 51 il, Qarabağ isə 26 ildir ki, işğal altındadır. Fələstin, Suriya ərazilərində olduğu kimi bu gün Azərbaycanın Qarabağ bölgəsində də qanunsuz məskunlaşma aparılır. Heç kəs zəmanət vermir ki, sabah hansısa dövlət Qarabağı rəsmən işğalçı Ermənistanın torpağı kimi tanımayacaq. Ona görə də Vaşinqtonun Qolan təpələri ilə bağlı qərarı bizim üçün ciddi siqnal olmalıdır. Yəni Qarabağın de-yure tanınmaması üçün diplomatik və hərbi sahədə addımlar atmalıyıq. Əks halda, Qolan təpələri üzərində suverenlik qərarı Dağlıq Qarabağ məsələsində də təkrarlana bilər. Bunu bilmək lazımdır. Çünki bu sadəcə fəsad deyil, təhlükədir, xalqımız üçün faciədir”.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system