NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“ABŞ-ın Aya sahiblənmək istəyinin sirri Quranda imiş...”- İlginc faktlar -VİDEO

Oxundu: 1592
“ABŞ-ın Aya sahiblənmək istəyinin sirri  Quranda imiş...”- İlginc faktlar -VİDEO

NASA alimləri: “Ay nə vaxtsa, bir dəfə iki hissəyə bölünüb və sonra yenidən birləşib..."

 
Qısa arayış: Zaglül əl-Nəccar - Misirli alim, geoloq. Quran və elm mövzusunda bir çox əsərlərin müəllifidir. O, Böyük Britaniyanın Uels Universitetində geologiya üzrə doktorluq dərəcəsi almış, İslam Elmləri Akademiyasının (1988), Misirin Geoloji Cəmiyyətinin və Tulsa, Oklahoma ştatlarının Amerika Neft Geologları Assosiasiyasının üzvüdür.
 
David Musa Pidkok - 1942-ci ildə İngiltərənin Şeffild şəhərində anadan olub. Hazırda həyat yoldaşı və iki övladı ilə orada yaşayır. 1975-ci ildə müsəlmanlığı qəbul edib. O, Böyük Britaniyanın İslam Partiyasının qurucu üzvü və qurulduğu gündən lideridir. Texnika məsləhətçisi və yazıçıdır. Hazırda ölkə daxilində, xüsusən İslam iqtisadiyyatı üzrə mühazirələr oxuyur.

 
 
Bu günlərdə yayılmış xəbərlərdən bəlli olduğu kimi, ABŞ Aya rəsmən sahiblənmək iddiasındadır. Amerika Milli Kosmik Agentliyinin (NASA) başçısı Cim Braydenstayn bildirib ki, Ayın tədqiqatı üzrə beynəlxalq əməkdaşlıq yalnız ABŞ-ın rəhbərliyi altında mümkündür. “Yalnız bir ölkə astronavtların Aya qayıdışının təminatı üçün koalisiyanı yaratmağa qadirdir. Bu, ABŞ-dır”, - o deyib. NASA-nın başçısı əlavə edib ki, indi ABŞ Aya orada qalmaq üçün qayıdacaq. Həmçinin, Braydenstayn Ayın resurslarından istifadə üçün beynəlxalq partnyorlarla qarşılıqlı əməkdaşlığa ehtiyac olduğunu xatırladıb.
Ötən ay ABŞ-ın vitse-prezident Mayk Pens bildirib ki, ABŞ prezidenti Donald Tramp Amerika NASA-dan amerikalıları ən yaxın beş ildə Aya göndərməyi tələb edib.
 
NASA üçün 2020-ci il büdcə layihəsində deyilirdi ki, ABŞ 2028-ci ilə kimi amerikalılar yenidən Aya göndərməyə ümid edir. Ay orbitində stansiyanın tikintisinin 2022-ci ildə başlanması planlaşdırılır və stansiyaya ilk idarə edilən uçuş 2024-cü ildə nəzərdə tutulub.
 
Bəs görəsən, ABŞ-ın  Yerin təbii peykinə bu qədər ciddi marağının əsas səbəbi nədir. Bir müddət öncə “NASA təsdiqlədi  – Məhəmməd Peyğəmbər(s) Ayı iki yerə bölüb!.." başlığıyla anonsunu verdiyimiz yazıda iki tanınmış alim bunun sirrinin Quranda olduğunu iddia edir. Bu məqaləni oxuduqdan sonra belə qənaətə gəlirsən: “ABŞ-ın Aya sahiblənmək istəyinin sirri Quranda imiş...” Belə çıxır ki, Aya ilk uçuşdan sonra amerikanların bu göy cisminin bölünməsi ilə bağlı yarımçıq qalmış tədqiqatları vardır. Düzdür, bəzi keçmiş sovet və indiki rus alimləri  ABŞ astronavtlarının əslində 1969-cu uldə Aya enə bilmədiklərini, yayılan görüntülərin isə bir kino-montaj olduğunu iddia edirlər. Amma bütün hallarda bu super dövlətin Aya hazırkı ciddi marağı göz önündədir...  
Xarici mediadan tərcümə etdiyimiz sözügedən materialı təqdim edirik:
“...Amerikalılar niyə Aya uçurdular? Nədən bu əlçatmaz görünən kosmik məqsədə nail olmaq üçün yüz milyardlarla dollar pul xərclədilər?.. 
 
Tanınmış alim, geologiya elmləri doktoru Zaglül Ən-Naccar (Zaghloul El-Naggar) iddia edir ki, NASA missiyasının əsas məqsədi Allahın varlığının əlamətlərindən biri  kimi Ayın parçalanmasına sübutları axtarmaq olub... 
 
 
2004-cü ildə müsahibələrindən birində Zaqlül Əl-Nəccar bir il əvvəl Kardif Universitetinin (Uels, Birləşmiş Britaniya Krallığı) tibbi şöbəsində mühazirələr oxumasından danışıb. Mühazirəyə həm müsəlmanlar, həm də qeyri-müsəlman tamaşaçılar qatılıb.  Alim danışır ki, "Quranda təsvir edilən möcüzələrin elmi dəlilləri" mövzusuyla əlaqədar canlı bir dialoq yaşandı:
"Görüş iştirakçılarından biri olan ingilis alim Davud Musa Pidkok (Dawood Musa Pidcock) bildirdi: "Müsəlman olmazdan öncə mən müxtəlif dinləri öyrənirdim. Müsəlman bir şagirdim mənə Quranın tərcüməsini bağışladı. Evdə tərcüməni açdım və diqqətimi çəkən ilk surə Əl-Qəmər ("Ay") surəsi oldu. Mən oxudum:"Qiyamət günü yaxınlaşdı və Ay parçalandı ... "  Bunu oxuduqdan sonra düşündüm:"Mümkündürmü ki, Ay bölünə və sonra yenidən birləşə? Hansı güc bunu edə bilər?" Bu ayənin gerçəkliyindən şübhələnməyim Quran tərcüməsini oxumağa davam etməyimdən çəkindirdi. Mütaliəni dayandırdım və işimlə məşğul olmağa başladım... Amma yəqin, Allah mənim həqiqəti axtarmaqda  səmimiyyətimi bilirdi və televiziya qarşısında oturmağım Ona gərəkli imiş. Elə bu anda Britaniya telekanalının proqramlarından birində televiziya aparıcısı və ABŞ-dan gəlmiş üç NASA alimi arasında müzakirə gedirdi. Aparıcı alimləri yer üzündə çoxlu sosial problemlər, milyonlarla ac və ehtiyac sahibi insanlar olduğu halda kosmik uçuşlara böyük miqdarda pullar sərf etdiklərinə görə qınadı. NASA nümayəndələri kosmik sahədə inkişaf etdirilmiş texnologiyaların həyatımızın bir çox sahələrində: tibbdə, sənayedə, kənd təsərrüfatında tətbiq edildiyinə görə belə yüksək xərclərə haqq qazandırdı və həmin vəsaitlərin boşa çıxmadığını bildirdi. Onlar qeyd etdilər ki, həmin kosmik uçuşlar yüksək texnologiyanı inkişaf etdirməyə kömək edir. Müzakirə zamanı Aya ilk uçuşun yüz milyard dollar sərf olunan çox bahalı layihə olduğu da vurğulandı. 
 
Televiziya aparıcısı üzünü alimlərə tutub hiddətlə dedi: "Siz Aya bir Amerika bayrağını sancmaq üçün  yüz milyard dollar sərf etdiniz!.."
 
NASA nümayəndələrinin isə buna reaksiyası gözlənilməz oldu: "Xeyr, biz Ayın daxili strukturunu öyrənirdik və ağlagəlməz bir kəşf etdik: Ay  nə vaxtsa, bir dəfə iki hissəyə bölünüb və sonra yenidən birləşib..." 
 
Aparıcı "Bu barədə nə öyrəndiniz?" -deyə soruşdu. Amerikalılar cavab verdilər: "Ayın ətrafını əhatə edən və onun dərinliyinədək gedib çıxan anomaliyalar aşkar edildi.  Geoloq alimlar bizə bunu belə izah etdilər ki, bu cür anomaliyalar  yalnız o halda mümkündür ki, Ay bölünsün  və sonra parçaları geri qayıdaraq yenidən birləşsin..." 
 
Bunu eşitdikdən sonra mən televiziya qarşısında oturduğum kürsüdən atlandım və öz-özümə dedim:"Məhəmmədin(s) 400 il əvvəl  etdiyi möcüzə Amerikalılar tərəfindən araşdırılır və onu təsdiqləmək üçün yüz milyardlarla dollar sərf edilir.  Doğrudan da bu gerçək dindir! " Beləcə Mən İslamı qəbul etdim. 
 
Hədis tədqiqatları kitabında deyilir ki, Peyğəmbərin(s) Məkkədən Mədinəyə köçürülməsindən 5 il əvvəl məkkəli bütpərəstlər ona müraciət etdilər və Peyğəmbərdən(s) peyğəmbərlik məqamını təsdiqləmək üçün bir möcüzə göstərməsini istədilər. Allahın Elçisi(s) nəyi görmək istədiklərini soruşduqda onlar Ayı bölməyi  xahiş etdilər. Kafirlər ümid edirdilər ki, bu, Məhəmməd əleyhissəlamın çarəsizliyini göstərəcəkdir. 
 
Əvvəllər peyğəmbərlərdən heç biri bu cür bir şey etməzdi; onların bütün möcüzələri yer üzündə həyata keçirildi. Və yalnız Peyğəmbər Əfəndimiz(s) Yer planetindən kənar bir  bir möcüzə həyata keçirmək imkanı verildi.  Həzrət Rəsul(s) Allaha təvazökar bir şəkildə üz tutdu və O da  Məhəmməd əleyhissəlama  Ayı barmağı ilə göstərməyi təlqin etdi. Ay iki hissəyə bölündü. Bir neçə saat ərzində Yer peykinin bu hissələri bir-birindən uzaqlaşdı və sonra yenidən geri qayıdaraq birləşdi...
Bütpərəstlərdən iman gətirənlər  iman gətirdilər, iman gətirməyənlər isə gətirmədilər. Beləliklə, Qurani-Kərimdə bildirilir:
 
اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ * وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ  مُّسْتَمِرٌّ * وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءهُمْ وَكُلُّ أَمْررٍ مُّسْتَقِرّ)
“Bismillahir-rəhmanir-rəhim!
1. O saat (qiyamət) yaxınlaşdı və Ay (Peyğəmbərin möcüzəsi ilə) parçalandı.
2. Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: "(Bu, uzun müddət) davam edən bir sehrdir!" - deyərlər.
3. Onlar (Ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən İslam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)...”
 
Qeyd. Araşdırmanın daha əyani olması üçün ingilis və rus dillərində iki video təqdim edirik.
 
Moderator.az 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system