NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ABŞ Çin mallarına rüsumu artırdı - Çin cavab verəcək

Oxundu: 231
ABŞ Çin mallarına rüsumu artırdı - Çin cavab verəcək

Ötən bazar günü Tramp mayın 10-dan etibarən Çin mallarına rüsumu 25%-dək artıracağını elan etmişdi. Buna cavab olaraq, Pekin də bir sıra tədbirlər görməyə məcbur olduğunu bildirib.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Çinin Ticarət Nazirliyinin bəyanatında deyilir.

 

"Çin tərəfi ABŞ-ın 200 milyard dollarlıq Çin ixracına rüsumu 10%-dən 25%-dək artırmasına təəssüfünü bildirir",- deyə bəyanatda qeyd olunur.

 

Lakin nazirlik, hər şeyə rəğmən, hazırda Vaşinqtonda keçirilən müşavirələr əsnasında münaqişələrin nizamlanacağına ümid edir.

 

Qeyd edək ki, ABŞ-la ticarət danışıqları zamanı Çin nümayəndə heyətinin başçısı və Dövlət şurasının baş nazir müavini Lü Xe ABŞ-ın rüsumlarının problemləri həll etməyəcəyini bildirmişdi. O, vurğulayıb ki, bu, nə Çin, nə ABŞ, nə də dünya üçün əlverişli qərar deyil.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İQTİSADİYYAT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system