NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

17 marşrut üzrə avtobusların hərəkətində dəyişiklik ediləcək

Oxundu: 127
17 marşrut üzrə avtobusların hərəkətində dəyişiklik ediləcək

17 marşrut üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

Bakı Nəqliyyat Agentliyindən  bildirilib ki, paytaxtda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar yollarda hərəkətin məhdudlaşdırıldığı günlərdə müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz fəaliyyəti təmin ediləcək.

 

Sərnişinlərin rahat və maneəsiz daşınması üçün Bakı şəhər halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edəcək.

 

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər 22.04.2019 tarixindən etibarən tətbiq ediləcək və tədbir tam başa çatanadək qüvvədə olacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system